Page 215 - Sela
P. 215
İki ölü üçün mazurka
Donya Asunson Trasparça de Mendesi şirniyyatçı әri
Mendesә görә Şirin Çonino çağırırdılar.
Teresita del Ninyo Xesus özünü tutanda, – tәdricәn hәr
şey әldә olunur, tәbiәtin qanunu belәdi, – xeyriyyәçiliyi
yaddan çıxarmağa başladı: qoy kasıblar acından ölsün! Bir
damcı süd qanı korlayır! Kim vaxtında keşiş olmayıb, çalıb-
oynayıb әxlaqsızlıq elәsin! Ömür qısadı, qoy yolunu azan
qızlar bakirәliyini itirsin! Qaraçılarsa meymunla keçinin
bir tayıdı! Deyilәnә görә, Teresita del Ninyo Xesus özünә
әminlik hiss elәyәndә, qızğıncasına pozğunluğa baş vurdu.
Dәllal Tousido onu soyutmağa çalışdı, ancaq bir elә nәticәsi
olmadı.
– Teresita, nә istәyirsәn elә, ancaq hay-küysüz vә beş-
üç qәpiyә kimlә gәldi yox, vacib deyil baraban gurultusu
altında hamının gözü qabağında olasan, dava salıb ayrı
yaşamaq istәyәsәn, yaxşı-yaxşı fikirlәş, haqlı olduğumu
görәcәksәn, mәnim müasir insan olduğumu bilirsәn, ancaq
sәbrin dә bir hәddi var.
– Aydındı! Bir daha mәni bağışla, Filemon, sevgilim,
bunsuz keçinmәk olmaz. Sәn mәni heç vaxt atmazsan...
Rәqsә gedәk?
Teresite del Ninyo Xesus al-әlvan şlyapaları vә diabolo
oynamağı xoşlayır.
– Başa düşmürsәn ki, sәn uşaq deyilsәn?
– Bәs belә? Axı niyә?
Teresite del Ninyo Xesus tezcә nәsә uydurmağı bacarır.
– Hәyatım mәnim, istәyirәm Markos Albite kimi iki
ayağını da kәsәlәr, sәni әlimdә gәzdirәm, sәnsә şeyini
çıxarıb küçәdә pipi elәyәsәn, hamı görә ki, sәni necә
sevirәm, qayğına qalıram, markiz kimi saxlayıram.
– Sus, arvad! Nә sarsaqlayırsan!
– Sarsaqlamıram, mәnim kralım, Konqosu yox, sәni se-
virәm.
215