Page 204 - Sela
P. 204
İLO XOSE SELA

Senyorita Ramonanın penuarı çox zәrifdi, az şey gizlәdir
vә çox zәrifdi.

– Tamam çılpaq olmaq istәyirәm, ancaq soyuqdu.
– Əlbәttә, әzizim.
Senyorita Ramona hesab elәyir ki, ömür qısadı vә
qocalıq çox tez vәrdişә çevrilir.
– Yaman da narahatdı, Raymundino, şübhә elәmәyә
bilәrsәn. Qadın 25 yaşında – qarıdı, kişi bir az gec qocalır,
30, bәzәn 35-ә kimi gedir. Mәni öpәrsәn? Nәdәnsә bu gün
kәdәrliyәm. Əgәr sәhv etdiyimi fikirlәşirsәnsә yanılırsan,
itdәn xoşum gәlir, hәr halda, sәndәn az istәmirәm, ancaq
sәni daha artıq sevirәm – zavallı Uayld! Kişilәr çox şıltaqdı,
sәn hamıdan artıq şıltaqsan, intәhası, sәnin şıltaqlıqlarını
gücüm daxilindә tәmin elәyә bilirәm; qadınlar kişilәrdәn
daha çox tәnhadır. Üşümәyәcәyimi bilsәm, yerimә çılpaq
girib, bir ay durmazdım.
Kasandulfların Raymundosu susmuşdu.
– Mәnә yenә konyak verә bilәrsәn?
– Əlbәttә, verәrәm.
– Axşam mәni qulançara qonaq elәyәrsәn?
– Xahişinә görә çox minnәtdaram, Raymundino...
Hamı deyir ki, “İngilis biskviti” konditer fabrikinin
sahibi donya Rita ikinci әrinin boynuna minib, ancaq bu,
yalandı, don Rosendo Vilar Santeyronun boynuna minmәk
olmaz, o hәr şeyi öz istәdiyi kimi edir, o cümlәdәn sevgidә;
donya Ritanın özü, şübhәsiz, ovsunlanıb, demәk lazımdı
ki, don Rosendonun karalyosu ilә ovsunlanıb, pulunu verib
gündә iki dәfә onunla olur; donya Rita yataqda şirә dönür,
yorulmaq bilmir, hәrdәn heç yatağa da gedib çatmırlar,
arada sevgi olanda hәr yer yaxşıdı.
Adeqanın dediyinә görә, dağların tarixçәsini yaxşı bilir.
– Sәfeh Budeyrosu tutdular, yazıq qız cinayәtkar kimi
öldü; kәndirlә zarafat olmaz, çünki sonradan fikri dәyişmәyin

204
   199   200   201   202   203   204   205   206   207   208   209