Page 235 - Sela
P. 235
İki ölü üçün mazurka

әn yaxşı San Kamilodu, deyilәnә görә, onun axmaq sifәti
olub, müqәddәslәr möcüzә göstәrә bilmәyәndә onların
necә sifәti olduğundan xәbәrin yoxdu; istәyirsәn ona xeyir-
dua vermәk üçün Seferino Furelonu çağırım?

– Olar, belә yaxşıdı.
Markos Albitenin mәnim üçün ağacdan düzәltdiyi San
Kamilo çox yaxşıdı, sifәtindәn axmaqlıq yağır, çox güman
elә axmaq da olub, yәqin, möcüzә göstәrәn üçün belә daha
uyğundu.
– Çox sağ ol, Markos, gözәldi.
– Doğrudan xoşun gәlir?
– Hә, çox xoşum gәlir.
Orensedә yay çox isti keçir, hәtta Quyakildәn dә isti
olur.
– Bu il şәhәrdә gәlmәlәr hәddindәn artıq çox deyilmi?
– Elәdi, mәncә, hәmişәkindәn çoxdu. Döyülәndәn sonra
Qaudensio xәstә yatır, ona Nunçinya Anunsiasyon Sabadelye
qulluq elәyir, qızı hәm dә Anunsiya çağırırlar, dünyanı
görmәk üçün Lalindәki evindәn qaçıb, ancaq Orensedәn
uzağa gedә bilmәyib.
– Ağrıyır?
– Yox, özümü yaxşı hiss elәyirәm, axşam salona qayıdaca-
ğam.
– Sәhәrә qәdәr uzan, bir az da dincәl, yaxşı olar.
Fabian Mingelanın alnındakı donuz dәrisini elә bil
cilalayıblar. Fabian Mingela özünü nә qәdәr ağıllı göstәrmәyә
çalışsa da, gicbәsәrә oxşayır.
– Sәncә, göylәrdә dә onunla rastlaşacağıq?
– Yox, әzizim! Boş-boş danışma! Göylәrә düşmәk elә
dә asan deyil, üstәlik, alnın donuz dәrisindәn ola, belә
damğayla mәlәklәr onu buraxmaz, narahat olma.
Roke Marvisin bacısı qızı, demәli, Afuto Qamuso dayının
kuzinası salxım söyüddәn hәlim hazırlayıb ki, Afutodan

235
   230   231   232   233   234   235   236   237   238   239   240