Page 234 - Sela
P. 234
İLO XOSE SELA

dayım tez-tez yalan danışır, düz danışdığı da olur, ancaq,
adәtәn, heç kim ona inanmır; bir dәfә 21 N-li bәrk qaçan
xallı ayğır Piti Sendiyә minir, intәhası, altıncı maneәdә
yıxılıb körpücük sümüyünü sındırır, bәlkә dә, doğru danışır,
müqәddәs Makari lotoreyada vә kartda kömәk elәyir,
cıdırda isә elә bir xeyri dәymir, Mәrakeşdә hәlak olan
Lasaro Kodesalın gözlәri göydü, Klaudio dayının da.

Bir hәftәdәn çoxdu yağış yağmır, qumrular nohurlarda
rahatca üzürlәr, polis tüfәnglәri müsadirә elәyib.
Kasandulfların Raymundosu kuzinamız Ramonaya deyir:

– Onsuz da adımı yazdırmayacam, bunun bir mәnası
yoxdu, Robinlә danışmışam, onun kimi dә fikirlәşirәm,
adamlar başlarını itirib, bu çox tәhlükәlidi, mәn böyük
Baldomero Afuto Qamuso sarıdan qorxuram, çünki sәn
inanmasan da Fabian Mingela nacinsdi, ifadәmә görә
bağışla; sәn çox gözәlsәn, Monça, qәhvә verәrsәn?
Çatışmayan az-çox layiqli, sağlam düşüncәli komandirin
olmamasıdı, camaat adәt-әnәnәyә hörmәt elәmir, yazıq
İspaniya, bu ölkә necә yaxşı ola bilәrdi! Adeqanın qardaşı
kor Qaudensio yadındadı?

– Orense fahişәxanasındakını deyirsәn?
– Hә.
– Sәhv etmirәmsә, yaxşı akkordeon çalır.
– Srağagün onu dәyәnәklә döyüblәr, çünki deyilәni
çalmaq istәmәyib. Mouço Orensedә әl-qol açıb, arxasında
kimsә var.
– Qәhvәnә bir az konyak töküm?
– Hә, sağ ol.
– Val qoyum?
– Yox, lazım deyil.
Ayaqsız Markos Albite özündәn razıdı, mәnim üçün
müqәddәs Kamilonu tamamlayıb.
– San Kamilona baxmaq istәyirsәn? Onu artıq tamam-
lamışam, mәnim demәyim yaxşı çıxmaz, ancaq dünyada

234
   229   230   231   232   233   234   235   236   237   238   239