Page 245 - Sela
P. 245
i ölü üçün mazurka

Radioda elan etdilәr ki, üsyanın1 qәlәbәsi qaçılmazdı,
Madriddә artıq hökumәt yoxdu, tәlxәklәrin vә mәzhәkәçilә-
rin son tör-töküntülәri tәyyarә ilә Tuluzaya qaçıblar. Onlar
hakimiyyәti faktiki olaraq kommunistlәrә veriblәr, axırıncı
qәhrәmanlıq – Prado muzeyinin yanğında mәhv olmasıdı.

– Lәnәt şeytana, әgәr belәdisә, daş üstә daş qalmayacaq.
Georginanın birinci әri Adolfito Çokeyronun nişanlısı,
ya nәyisә olan Mariya Auksilyadora onu atıb bir hәftә
Misifunun yatağından çıxmadı.
– İyrәnmirdin?
– İyrәnmәk? Nәyә görә? Benvenuto әsl kişi idi, boydan
balaca olsa da, kişiydi, rәqs-zad elәmәyәcәkdim ha, ancaq
burada danışılanlar cәfәngiyyatdı, adamlar paxıldılar, şayiә
yayırdılar...
Emiliya xala Kleto dayı ilә danışmaq istәmir.
– Mәn xanımam, prinsipsiz adamla danışmaq nәyimә
lazımdı, Tanrı mәni bağışlasın, lәyaqәtim buna imkan
vermir. Zavallı Xesusa, onun meyidi daha artıq hörmәtә
layiqdi.
Xesusa xalanın nәşi hәlә evdәn çıxmayıb, ancaq Kleto
dayı öz çalğısının müşayiәtiylә nitq söylәyirdi: Qalisiya
vәtәndaşları, yeni gün doğub, İspaniyanın xilası vә
müstәqilliyi günü!
– Kleto dayının belә vәtәnpәrvәr olduğunu bilmirdim.
– O, vәtәnpәrvәr deyil.
Qәbiristanlıqdan qayıdanda (Ramona ilә mәn qabaqda
gedirdik), Kleto dayı Emiliya xalaya dedi:
– Emiliya, sәninlә danışmaq, xәtrinә dәymişәmsә, üzr
dilәmәk istәyirәm. Mәni bağışlayırsan?
– Əlbәttә, Kletinyo, mәgәr İsa onu çarmıxa çәkәn yәhudi-
lәri bağışlamadı?
– Sağ ol, Emiliya, indisә qulaq as. Hәr şeyi hәddәn artıq
qәlizlәşdirmәk lazım deyil, başa düşürsәn?

1 Frankoçuların 1936-cı ildəki qiyamı nəzərdə tutulur.

245
   240   241   242   243   244   245   246   247   248   249   250