Page 248 - Sela
P. 248
İLO XOSE SELA

– Bir qәdәh istәyirsәn?
– Olar, sağ ol.
– Bağışla ki, peçenye üçün boşqab qoymamışam, qutudan
götür, çox dadlıları var, kakaoludu.
Senyorita Ramona pianonun arxasına keçdi.
– Sәnin üçün nә çalım?
– Nә istәyirsәn çal, mәnim üçün sәnә baxmaq xoşdu.
Senyorita Ramona nazla gülümsәdi, nadir hallarda belә
gözәl olurdu, nәzәrә alın ki, onu yaxşı tanıyıram!
– Mәnә evlәnmәk tәklif elәyirsәn?
– Yox, Monça, nә danışırsan! Mәn heç kimi, üstәlik dә,
sәni bәdbәxt elәmәk istәmirәm, mәndәn әr, hәtta adaxlı
belә olmaz, yәqin ki, heç nәyә yaramıram.
– Boş-boş danışma. Mәni bәdbәxt edәcәyinә әminsәn?
Senyorita Ramona “Dalğalar valsı”nı çalır.
– Bir az bayağıdı, ancaq xoşagәlәndi, doğrudu?
– Hә, çox xoşdu.
Beynindәn bir anlığa kәdәrli fikir keçdi.
– Monça?
– Hә?
– Fikirlәşirsәn, mәni güllәlәyәrlәr?..
Emiliya xalanın keçmiş adaxlısı Selso Varelanın mәşuqәsi
Maruxa Bodelonun hissiyyatına söz ola bilmәz, donunun
qollarını uzatdı, saçını rәnglәmәyi tәrgitdi.
– Heç kimi sövq elәmәk istәmirәm, hökumәt düz deyir,
biz ispanlar necәsә ingilislәrdәn, fransızlardan seçilmәliyik,
heç olmasa, әxlaqda onları keçmәyәk.
Selso Varela başa düşmәdi, ancaq susdu, kişinin
qәlbindәki yaralar onu susmağa mәcbur elәyir.
– Bu yerdә әn yaxşısı susmaqdı, Tanrı istәyәndә qәlblәr
sakitlәşәcәk.
– Hә, bәs sakitlәşmәsә?
– Bilmirәm, onda fikirlәşәrik: mühacirәt elәyәk, ya inti-

248
   243   244   245   246   247   248   249   250   251   252   253