Page 247 - Sela
P. 247
İki ölü üçün mazurka

geyindirir, biz yüz il geri düşә bilәrik; ancaq susmalı
oluruq, qabarma vә çәkilmәyә heç nә elәyә bilmәrik, heç
kim heç vaxt onu ölçә bilmәz. Qoy Allahın istәdiyi olsun.

Havalar yaxşıdı, kәndlilәr çaşqın halda gәzirlәr, günәş
nәfәs almaq üçün hava gәtirib, atmosferi o qәdәr dә tәmiz
olmayan, nәsә yağlı bir şeylә doydurub, senyorita çıxıb
getmiş Raymundo sarıdan nigarandı, ancaq daha çox
burada qalanlar üçün narahatdı.

– İstәyirsәn, sizi güllәlәsinlәr? Kişilәrin burada yaşaması
mümkün olmayacaq, yadındadı, kimsә deyib ki, insan
insanın qәnimidi? Görünür, kişilәri ovlamağa olan bütün
qadağalar götürülüb, biz qadınlar daha yaxşı müdafiә
olunuruq. Niyә sәn dә getmәyәsәn?

– Yox, Monça, hәlә vaxt var, baxaq, bәlkә, axırını
gözlәyәk, Mouço nacinsdi, bunu sәn dә bilirsәn, ancaq
mәnә toxunmağa cürәt elәmәz.

– Bu qәdәr әmin olma, adamlar qarışıqlıqda göbәlәk
kimi artırlar, hamısı bir şeydi, bir-birlәrini dә müdafiә
elәyirlәr.

– Eybi yox, özümü müdafiә elәmәyi bacararam.
Raykonun meyxanasında adamlar dinmәzcә çaxır içirlәr,
heç kimin bir-birinә etibar elәmәmәsini görmәk ağırdı.
– Sәncә, Fabian Mingela, Mouço, Sarsaq Keçinin xoşuna
gәlir?
– Heç nә bilmirәm, öz işlәridi.
Senyorita Ramona heç vaxt olmadığı qәdәr gözәldi,
mәnalı qara gözlәr, pәjmürdә saçlar, qüssәnin füsunkarlıq
verdiyi mәlumdu, ancaq sadә geyinib.
– Sәn neylәyәcәksәn, Robin?
– Bilmirәm, tәrәddüd elәyәn tәk mәn deyilәm, hamı
qәrarsızdı, bilmirlәr nә elәsinlәr, bu işlәr yaman uzandı.
Senyorita Ramona “Oporto” şüşәsini vә peçenye
qutusunu çıxartdı.

247
   242   243   244   245   246   247   248   249   250   251   252