Page 99 - jirmunski
P. 99
Xalq qəhrəmanlıq eposu

edir. Ondan oğlanları olur. Kiçik oğlunun xaç suyuna salma mә-
rasimindә vә ya toy zamanı vila yenә dә qızlarla (“kolo”) oyna-
maq üçün qanadlarını qaytarmağı xahiş edir vә quş libasını alan
kimi uçub gedir.

Bu nağıl süjeti bütün Avropada vә Şәrqdә – Hindistanda,
әrәb nağılı “Min bir gecә”dә, Orta Asiyada, Çindә (artıq e.ә. II
әsrdә) mәşhurdur. Cәnubi slavyan nәğmәlәrindә olduğu kimi,
qәdim german epik dastanlarında da bu nağıl süjeti epik qәhrә-
man – sehrli dәmirçi Velandın adı vә obrazı ilә әlaqәlәndirilmiş-
dir vә bunun hesabına yeni qәhrәmanlıq mәziyyәtlәri qazanmış-
dır. İslandların “Edda”sında nәql edildiyi kimi (IX-XI әsrә aid
mәtn), Veland iki böyük qardaşı ilә birgә gölün kәnarında öz qu
paltarını soyunan üç döyüşkәn qızı – “valkiriyalar”ı güdürlәr;
qardaşlar onlarla evlәnirlәr, Veland kiçik qızla ailә qurur; evlilik-
lәrinin doqquzuncu ilindә valkiriyalar savaş içindә keçәn köhnә
hәyatları üçün darıxırlar vә öz әrlәrini atıb hәmişәlik uçub gedir-
lәr.71

Ayrılığın motivi kimi, bir qayda olaraq, әrin kәbin qadağası-
nı (tabu) pozması göstәrilir: әr öz gözәl arvadı vә onun sehrli
mәnşәyi haqqında heç kimә danışmamalı, qız paltarını soyunar-
kәn ona baxmamalı, onu söymәmәli, ona aid otağa girmәmәlidir
vә s. (Melyuzina motivi); balkan xalqlarının folkloru üçün cәnu-
bi slavyan eposundakı bu qadağaların olmadığı forma daha tipik-
dir: arvad qızlarla oynamaq üçün әrindәn qanadlarını qaytarmağı
xahiş edir vә onu elә toy mәrasimi zamanı atıb gedir.72 Xelqi
Xolmstremin “Qu-qız” motivinә hәsr edilmiş dissertasiyada
dünyanın hәr yerindәn bu nağılın bir neçә yüz variantı qeydә alı-
naraq tәsnif edilmişdir. Tәәssüf ki, burada türk vә monqol xalq-
larının eposundakı çox maraqlı variantlar yoxdur. Bu folklor
süjetinin totemist әsasları hәmin eposda aydın şәkildә açıqlanır:
Qu-qız burada qәbilәnin (soyun) ulu anası kimi çıxış edir.73 Belә
ki, eposda әks olunmuş (bax: sәh.224) Qızıl Ordanın (XIV әsrin
sonu – XV әsrin әvvәli) güclü hökmdarı, noqay murzası Edige-
yin soyu öz mәnşәyini Qazaxıstanda müsәlman әhali arasında
müqәddәs şәxsiyyәt kimi seçilib-sayılan, hörmәt edilәn Baba

99
   94   95   96   97   98   99   100   101   102   103   104