Page 95 - jirmunski
P. 95
Xalq qəhrəmanlıq eposu

ğun olaraq qәbilәyә qәbul edilmәsi, nişanlının qaçırılması vә ya
oğlanın gücünü sınağa çәkmәk mәqsәdilә keçirilәn nikah yarış-
maları vә s. Müxtәlif xalqların eposunda ardıcıl olaraq tipik süjet
sxemlәrindә açılan belә oxşar mövzular işlәnmә sәviyyәsinin
spesifik oxşar detallarının olmaması şәraitindә geniş yayılmış
tәcrübәyә zidd olaraq çox vaxt mәhz belә sәthi yaxınlaşmalara
әsaslanan tarixi-genetik әlaqәlәrin tәsbiti zamanı әsas kimi
götürülә bilmәz.

Sadalanan motivlәrin әksәr hissәsi nağıl mәnşәlidir vә mәş-
hur nağıl motiv vә süjetlәri kataloqlarında qeydә alınmışdır.50
Müqayisәli etnoqrafiya (Andryu Lenq, Frezer, Sidney Xartlend
vә b.) “paleontoloji” tәhlil yolu ilә burada daha qәdim tarixi
dövrlәrin ailә-ictimai münasibәtlәrinin, adәtlәrinin, mәrasimlәri-
nin vә inanclarının qalıqlarını aşkarlayır. “Süjetlәrin poetikası”n-
da A.N.Veselovski müqayisәli etnoqrafiyaya әsaslanaraq cәmiy-
yәtin inkişafının ardıcıl mәrhәlәlәrini әks etdirәn motiv-süjetlә-
rin ardıcıl inkişafını göstәrmәyә çalışmışdır.51 Ancaq hesab edi-
rik ki, yalnız belә “motivlәr paleontologiyası” әsasında (Vese-
lovskinin termini) bu vә ya digәr konkret epik süjetin, elәcә dә
epik nәğmәnin qәdimliyi haqqında fikir söylәmәk düzgün ol-
mazdı.

Demәli, ilan (әjdaha) obrazı “paleontoloji” cәhәtdәn qәdim-
dir, son nәticәdә isә mәnşәcә mifoloji motivdir (bax: Motif-İn-
dex, B 11); ilanla mübarizә bahadırlıq nağılının әn qәdim süjet-
lәrindәn biridir (Aarnenin kataloqu, № 300). Lakin bu, o demәk
deyil ki, Dobrınya vә ilan haqqında bılinanın süjeti vә ya dasta-
nın özü qәdimdir (Kirşa Danilov, № 48; Qilferdinq, II, № 79 vә
b.);52 bılinada bu süjet (nәzәri olaraq) qәdim bahadırlıq nağılına
vә ya daha sonrakı dövrün sehrli nağılına, kilsә әfsanәsinә (Feo-
dor Tiron, müqәddәs Georgi vә b. haqqında) vә ya digәr dastana
vә s. dayana bilәr. Cәnubi slavyan eposunda, mәsәlәn, Mark
Kraleviçin әjdaha ilә mübarizәsi,53 şübhәsiz ki, yeni, bu mәşhur
xalq qәhrәmanına nisbәtәn әvvәlki dövrlәrә aid nağıllardan vә
nәğmәlәrdәn götürülmüş motivdir; әksinә, әjdaha övladı olan
bahadır Zmey Oqnennıy – Vukdur (Vuk – Alovlu Әjdaha), elә
әvvәldәn әjdaha ilә mübarizә aparan qәhrәman olub vә onun zo-

95
   90   91   92   93   94   95   96   97   98   99   100