Page 91 - jirmunski
P. 91
Xalq qəhrəmanlıq eposu

sadә xalq, kәndli mühitindә sonradan “bayağılaşdırılması” ilә
izah etmәyә çalışırlar.37

Çadviklәrin dәlillәri qәhrәmanlıq eposunun inkişafının tarixi
dövrlәrinin qeyri-sәhih fәrqlәndirilmәsinә dayanır. Eposun inki-
şafının ilkin mәrhәlәlәrindә, milli vә dövlәtә aid mövzular, doğ-
rudan da, yox idi. Vaxtilә Hoyslerin german eposu haqqında
araşdırmalarında qeyd olunduğu kimi, bu mövzulara qәdim ba-
hadırlıq nağıllarında (bax: sәh.44), xalqların böyük köçü dövrünün
german epik dastanlarında (Ziqfrid, Ermanarix, Ditrix vә b.) da
rast gәlinmirdi;38 ancaq feodal dövrünә aid “Roland haqqında
nәğmә” (“dulce France” – “doğma Fransa”) kimi sonrakı epos-
da, hәmçinin bahadırın öz vәtәninin yadelli işğalçılardan cәsa-
rәtli müdafiәçisi kimi çıxış edәn rus dastanlarında vә ya serb
eposunda bu mövzu diqqәt mәrkәzindә saxlanılır. Qәdim dövrün
serb eposunda (Kosovo silsilәsi nәğmәlәrini yaradan!) guya “milli
marağın”, “sözün әsl mәnasında milli-vәtәnpәrvәrlik hisslәri-
nin” olmaması haqqında Çadviklәrin irәli sürdüyü müddәa qә-
rәzli ideyadan doğan paradoks kimi sәslәnir.39

Belә qarışıqlıq qәhrәmanlıq eposunun sosial tәbiәtinin “kübar”
poeziyası kimi qәlәmә verilmәsindә dә müşahidә olunur. Patriar-
xal-qәbilә quruluşunun dağılması, antik, kelt vә german eposu-
nun yaranması dövründә aristokratiya haqqında, sinfi, feodal cә-
miyyәtindә bu sözün kәsb etdiyi mәnalar çәrçivәsindә danışmaq
olmaz. Realist “ailә” saqalarına görә, “qәhrәmanlıq әsri”nin icti-
mai münasibәtlәrini çox gözәl tәsvir edәn island “bondları”, fa-
şizm dövründәn әvvәlki bir çox alman germanistlәrinin yazdıq-
larına baxmayaraq hәmin anlamda “kәndli aristokratiya” sının
(Bauernaristokratie) yaradıcılığı deyildi.40 Burada sosial baxım-
dan Engelsin termini daha dәqiqdir: “hәrbi demokratiya”.

Feodal dövrünün rus vә cәnubi slavyan qәhrәmanlıq eposu
ilә bağlı irәli sürülәn “aristokratik” nәzәriyyә dә tәrәfimizdәn
düzgün hesab edilmir. Mәlum olduğu kimi, bu nәzәriyyә ilk dәfә
birinci halda Vsevolod Miller vә onun mәktәbi, ikinci halda isә
artıq M.Xlanski41 tәrәfindәn, sonralar isә N.Kravtsovun “Serb
eposu” (1933) kitabında irәli sürülmüşdür. Bizim günlәrdә bu

91
   86   87   88   89   90   91   92   93   94   95   96