Page 86 - jirmunski
P. 86
tor Jirmunski

özәlliklәrinә işıq tutur. Daha bir neçә belә paralellәr gәtirәn Ma-
retiç bunları “oxşarlıq vә ya şәrait eyniliyi”nin nәticәsi hesab
edir.20 Belә hallarda A.İ.Kirpiçnikov “poetik rәvayәtlәrin oxşar-
lığı”nı “insan tәbiәtinin eyniliyi”, “әsasәn mәnәvi inkişafın eyni
mәrhәlәsindә bütün insanlar arasındakı oxşarlıqlar”la izah etmә-
yi tәklif edirdi.21 Biz bu müddәanın dәqiqlәşdirilmәsinә ehtiyac
duyuruq: burada söhbәt tarixәn ictimai münasibәtlәrin oxşarlığı
ilә şәrtlәnәn ideoloji tәzahürlәrin oxşarlığından gedir.

3
Vaxtilә rus filologiya elmindә akademik A.N.Veselovski baş-
qa xalqlardan alınma mәktәbi deyilәn cәrәyanın başçısı hesab
olunurdu. Ancaq Veselovski heç vaxt müxtәlif xalqların әdәbiy-
yatında tarixәn şәrtlәndirilәn oxşarlığı mәdәni tәsir vә alınmalar-
la mәhdudlaşdırmırdı. “Әdәbiyyat tarixinin bir elm kimi metod
vә mәqsәdlәri haqqında” (1870) әsәrinin giriş mәqalәsindә o ox-
şar faktların paralel sıralanması müqayisәsinin vacibliyindәn da-
nışır vә hesab edir ki, bu, “onlar arasında sәbәb vә nәticәlәrin
әlaqәsini izlәmәyә”, yәni tarixi-ictimai hәyat faktları ilә birgә,
müqayisәyә әsaslanmış bir növ empirik ümumlәşdirilmiş induk-
siyanı üzә çıxarmağa kömәk edәrdi.
“Biz faktların sıralanmasını öyrәnәrәk bunların ardıcıllığını,
bunlar arasındakı münasibәti görürük; bu münasibәt tәkrarlanır-
sa, burada müәyyәn qanunauyğunluq olduğunu ehtimal edirik;
bu, tez-tez tәkrarlanırsa, biz artıq әvvәlki vә sonrakı faktlar barә-
dә danışmırıq, bunu sәbәb vә nәticәnin ifadәsi ilә әvәz edirik”.22
Bu ideya Veselovskinin “Tarixi poetika”sının әsas mәramını
tәşkil edir. Bu mәram özünün bütün ziddiyyәtlәri vә natamamlı-
ğı ilә XIX әsrin burjua әdәbiyyatının inkişafında proqressiv
dövrün әn yüksәk nailiyyәtidir. Bütün әdәbiyyatların inkişafını
әhatә edәn tarixi poetikanın qurulmasında, әn azından qarşıya
qoyulmuş mәsәlәlәrdә göstәrildiyi kimi, Veselovski mәdәni-icti-
mai şәrtlәnmәlәr çәrçivәsindә dünya әdәbiyyatının inkişafının
vahid vә qanunauyğun bir proses olması haqqında müddәadan
çıxış edir. Heç yerdә aydın vә dürüst ifadә edilmәmiş vә әsaslan-

86
   81   82   83   84   85   86   87   88   89   90   91