Page 82 - jirmunski
P. 82
tor Jirmunski

obrazları üç ardıcıl tarixi tәbәqәni әks etdirir: ilk tatar talanları-
nın dәhşәtlәri (Kiyev dövrü), uzun illәrin tatar әsarәti vә milli
düşmәnin tam mәhvi (Moskva dövrü).

Marko Kraleviçlә Sidin müqayisәsi digәr cәhәtdәn dә maraq
doğurur. Cәnubi slavyan eposunun tәdqiqatçıları dәfәlәrlә belә
bir mәsәlә qaldırmışlar: necә olur ki, heç bir tarixi qәhrәmanlığa
imza atmayan türk vassalı (“turska predvoritsa”) Marko Vukaşi-
noviç serb-xorvatların, makedonların vә bolqarların eposunda
milli qәhrәmana çevrilir. Bir tәdqiqatçının sözlәriylә desәk, onun
şöhrәti “İstriyadan Konstantinopola, Yanindәn Varnaya qәdәr”6
yayılmışdır.

Qeyd edәk ki, ispan eposunda әrәb mәnşәli, Sid lәqәbi ilә
(“seyid” – “ağa”) tanınan tarixi Rodriqo Dias de Vivaranın mavr-
lara xidmәt etmәsi dә onun ispan eposunun milli qәhrәmanına
çevrilmәsinә mane olmadı. Öz süzereni, Kastiliya kralı VI Al-
fonsun 1081-ci ildә sürgün etdiyi Ruy Dias Saraqosanın yanında
qulluğa keçәrәk zaman-zaman xristianlar vә müsәlmanlarla sa-
vaşır, Barselona qrafını әsir götürür vә Valensiyanı әlә keçirәrәk,
orada müstәqil senyor kimi ömrünün sonunadәk hökmranlıq
edir. İspan tarixçisi yazır: “Vәtәninin hüdudlarından kәnarda, az-
saylı döyuşçülәrinin әhatәsindә o, müxtәlif müsәlman hökmdar-
larına qulluq göstәrmәyi tәklif edir, var-dövlәt vә şan-şöhrәt ax-
tarır. Bir çox Kastiliya vә Leon cәngavәrlәri kimi o, Saraqosanın
müsәlman әmiri әl-Muqtәdirin tәrәfinә keçir vә onun qulluğunda
müxtәlif mavr başçıları ilә döyüşür. VI Alfonsla uğursuz barış
cәhdindәn sonra Sid Saraqosaya, әl-Muqtәdirin oğlunun yanına
qayıdır vә onun bayrağı altında Araqonun xristian hökmdarı
Sanço Ramiresin vә Barselonanın qrafı II Berenqer-Ramonun
kömәk etdiyi Valensiyanın mavritaniyalı әmiri ilә müharibә apa-
rır. Rodriqo müttәfiqlәri mәğlubiyyәtә uğradır (1082 il) vә onun
şöhrәti bütün müsәlman İspaniyasına yayılır”.7

İspaniyada bu dövrün tarixi şәrtlәri bir çox hallarda XIV әs-
rin ortalarında Balkanlardakı şәraiti, Serbiya vә Makedoniyanın
tamamilә türk dövlәtinin әyalәtlәrinә çevrildiyi vaxtları xatırla-
dır. Ancaq burada mühüm bir fәrq var ki, Sid dövründә vә ondan

82
   77   78   79   80   81   82   83   84   85   86   87