Page 79 - jirmunski
P. 79
Xalq qəhrəmanlıq eposu

“Müqayisә” (“qarşılaşdırma”) termini müasir sovet dilçili-
yindә tarixi-genetik әlaqәlәrin vә ya müqayisә edilәn hadisәlәrin
arasında sonrakı qarşılıqlı әlaqәlәrin yoxluğu, hәr halda, bu әla-
qә vә qarşılıqlı tәsir nәzәrә alınmadığı halda dillәrin sinxron tәh-
lilinә aid dә işlәdilir: müq. et, mәsәlәn, müasir fransız vә ingilis
feilinin zaman-tәrz sisteminin müqayisәsi vә ya rus önlüklәrinin
özbәk dilinin qrammatik vasitәlәri ilә ifadә tәrzi. Müqayisәli tәs-
vir daha dәrin müqayisәli-tarixi tәdqiqatın әsasını tәşkil edir.
Lakin әgәr әdәbi hadisәlәrin oxşarlığı sәthi vә tәsadüfi deyilsә,
son nәticәdә hәmişә ya genetik әlaqәlәrlә (mәnşә birliyi vә ya
qarşılıqlı mәdәni әlaqәlәrlә), yaxud tarixi-tipoloji uyğunluqlarla
izah edilir.

Mәlum olduğu kimi, müqayisәli-genetik metod müqayisәli-
tarixi dilçilikdә aparıcı rol oynayır ki, bu da qrammatik analogi-
yaların tәsiri altında mürәkkәblәşdirilәn sәs qanunlarına әsasla-
nır, yazılı abidәlәrdә qeydә alınmamış söz, sәs vә qrammatik for-
maların arxetiplәrini bәrpa etmәk iqtidarındadır. Әdәbiyyat tari-
xindә belә metodika materialın sәciyyәsinә görә çox mürәkkәb-
dir vә adәtәn yardımçı rolunu oynayır: mәsәlәn, әlyazma siyahı-
larının vә ya folklorun şifahi variantlarının müqayisәsi. Burada
aparıcı rol tarixi-tipoloji müqayisәyә verilmәlidir: müxtәlif milli
әdәbiyyatlarda insan cәmiyyәtinin birliyi vә inkişaf qanunauy-
ğunluqları ilә şәrtlәnәn oxşar әdәbi cәrәyan vә üslubların qanu-
nauyğun ardıcıllığı nümunә rolunu oynaya bilәr.

Dil tarixi vә әdәbiyyat tarixi arasındakı bu fәrq dildәn fәrqli
olaraq әdәbiyyatın bir ideoloji üstqurum kimi cәmiyyәtin ardıcıl
inkişaf mәrhәlәlәrini daha yaxından әks etdirmәsi ilә izah olu-
nur.

Qarşılıqlı mәdәni tәsir, başqa xalqlardan “alınma” hәr iki
halda mühüm әhәmiyyәti danılmayan genetik sıralanmanın әla-
vә amilidir, çünki real tarixi şәraitdә mövcud olmamış vә ictimai-
mәdәni inkişafdan tamamilә tәcrid olunmur.

Müqayisәli-tarixi tәdqiqatın burada qoyulmuş problem vә
mәsәlәlәri arasında dürüst metodoloji diferensiasiyasının aparıl-
masının zәruriliyi, әlbәttә ki, onların bәzәn mürәkkәb qarşılıqlı

79
   74   75   76   77   78   79   80   81   82   83   84