Page 76 - jirmunski
P. 76
tor Jirmunski
dir; bu material fransız romanının arxaik, “ibtidai” әsası kimi bir
çox yerlәrdә hiss olunur.

Әksinә, fars romanı ilә “Tristan” feodal dövrünә aid yeni
formalarla bağlıdır. Bu formalar qәdim dastanın yayılması vә
fransız cәngavәrlik әdәbiyyatında yeni poetik variantlara mәruz
qalması nәticәsindә әrsәyә gәlmişdir. Bu oxşarlıq qәdim deyil, o,
feodal cәmiyyәtin, onun mәişәt vә ideologiyasının vә poetik sә-
nәtinin oxşar şәrtlәri ilә qәdim dastandan daha sonrakı inkişaf
mәrhәlәlәrindә meydana çıxmışdır.

Göstәrdiyimiz misallar Şәrq vә Qәrb xalqlarının epik yaradı-
cılığının ardıcıl tarixi inkişaf mәrhәlәlәrinin müqayisәli-tarixi
şәrhi ilә bağlı bütün problematikanı heç dә tam әhatә etmir. On-
lar yalnız ilkin formada eposun inkişafının ümumi konturlarını
vә ayrı-ayrı әlamәtlәrini üzә çıxarır ki, burada da sosial-tarixi
prosesin әdәbi spesifikasının ümumi qanunuauyğunluqlarına
әsaslanan tipoloji oxşarlıq xüsusiyyәtlәri, konkret şәraitdәn asılı
olaraq, müxtәlif formada beynәlxalq mәdәni qarşılıqlı әlaqә vә
әdәbi tәsirlәrlә kәsişir.

Burada müqayisәyә yeni, Şәrq materiallarının cәlb edilmәsi
epos tәdqiqatçısının materialını nәinki yeni empirik faktlarla
zәnginlәşdirir, eyni zamanda tarixi-әdәbi inkişafın qanunauy-
ğunluqlarının tәsdiqinә vә yoxlanmasına xidmәt edir ki, onların
da üzә çıxarılması yalnız geniş çәrçivәdә “ümumi әdәbiyyatın”
müqayisәli-tarixi öyrәnilmәsi halında mümkündür.

76
   71   72   73   74   75   76   77   78   79   80   81