Page 73 - jirmunski
P. 73
Xalq qəhrəmanlıq eposu
qovuşur. Qurqani öz hekayәtini belә bitirir: Ramin yüz on il
ömür sürür, Mobәdin ölümündәn sonra sәksәn yeddi il şah olur,
onun Visdәn iki oğlu olur vә sәksәn üç il onunla birgә yaşayır.
Onun ölümündәn sonra isә o, daha üç il “onun mәzarının kölgә-
sindә” yaşayır vә öz hakimiyyәtini böyük oğluna tәhvil verir.
“Vis vә Ramin”in son vә daha nüfuzlu tәdqiqatçısı prof.
V.F.Minorskinin fikrincә, “hәr iki romanın ümumi atmosferi çox
müxtәlifdir”; “ayrı-ayrı oxşar detallar, şübhәsiz ki, insan fantazi-
yasının ümumi xәzinәsinә mәxsusdur vә bu fantaziya üçlük ara-
sında mümkün mәhәbbәtә münasibәtdә hüdudsuz deyil”.144 Elә
hәmin tәdqiqatçı başqa bir yerdә yazır: “Vis vә Ramin” ilә “Tris-
tan vә İzolda”nın, elәcә dә bu qәbildәn olan aşiqlәr haqqında po-
vestlәrin müqayisәsi cәlbedici әdәbi problemdir. Xarakterlәrin,
epizodların, dramatik hadisәlәrin vә hәtta bütün maneәlәri aşan
sevginin әsas ideyasının oxşarlığı hәm İran povestlәrindә, hәm
ona oxşar povestlәrdә aydın görünür. Ancaq, hәtta biz qәhrәman-
ların hisslәrinin vә onlara bu vә digәr şairin münasibәtinin oxşar-
lığına feodal mühitinin zәmin yaratdığını qәbul etsәk belә, yenә
dә belә müqayisәlәr qeyri-müәyyәn vә tutarsız olacaqdır (uncer-
tain and inconclusive)”.145
Tәәssüf ki, Qәrbi Avropa vә fars mәhәbbәt dastanının müqa-
yisәsi mәsәlәlәri ilә bağlı xaricdә aparılan azsaylı tәdqiqat işlәri
(alman İranist Ete, italiyalı Pitsi vә b.) әsәrlәrin kontekstindәn
çıxarılmış ayrı-ayrı motivlәrin tutuşdurulması ilә kifayәtlәnәrәk,
bu müqayisәlәrin әsasında dayanan vә öz növbәsindә, sosial-ta-
rixi inkişafın ümumiliyi ilә sәciyyәlәnәn ideoloji, janr vә üslub
analogiyaları mәsәlәsinә toxunmur. Pitsinin çoxsaylı işlәrindә
toplanmış, kifayәt qәdәr dolaşıq xarakterli belә paralellәri tәhlil
edәrkәn D’Ankona haqlı olaraq qeyd edir: “bir-birinә bәnzәyәn
şeylәrin heç dә hamısı mütlәq mәnada tәqlidetmә deyil. Hamıya
mәlum olan bәnzәrlik nәticәsindә fars vә orta әsr Avropasının
epik poeziyasının, müәyyәn sәrgüzәştlәrin, epizodların, hadisә-
lәrin düyünlәnmәsi vә açılmasının xarakteri tәqlidetmә güman
edilmәdәn oxşar olmalıdır”146.
“Vis vә Ramin”lә “Tristan vә İzolda”nın müqayisәsi bunla-
rın arasında hansısa genetik әlaqәnin olduğunu müәyyәn etmәk
73