Page 70 - jirmunski
P. 70
tor Jirmunski
süjet xәtti vә geniş yayılmış әdәbi motivlәrlә şәrtlәnir. Әgәr Ra-
min Tristan kimi mahir ovçudursa (Zsenker bunun üzәrindә is-
rarla dayanmağı lazım bilir)136, bu, onların mәnsub olduğu feodal
cәmiyyәtinin adәtlәri ilә izah olunur. Xüsusilә “Tanrının divanı”
motivi dә orta әsrlәrin adәtlәri vә mәişәt tәsәvvürlәrinin oxşarlı-
ğı ilә şәrtlәnir. Bu, İzoldanın xilas olduğu ikimәnalı anddır ki, or-
ta әsrlәrdә hüquqi uydurmaya söykәnәn dini düşüncәyә әsasla-
nırdı. Bunun Qәrb vә Şәrq folklorunda vә әdәbiyyatında çoxsaylı
paralellәri var.137
Motivdә qәhrәmanın ikinci sevgilisinin (Gül – ikinci İzolda)
oxşarlığı xüsusi diqqәt çәkir. Tristan haqqında rәvayәtlәrin ilk
tәdqiqatçıları bunu mifoloji cәhәtdәn izah etmәyә çalışırdılar.
Әslindә isә qәhrәmanın ideal sevgilisinin oxşarı vә ya onun әvә-
zi kimi çıxış edәn ikinci qız obrazı hәm Şәrq, hәm dә Qәrb poe-
ziyasında geniş yayılmış “aşiqanә” motivdir. “Tristan”la bağlı
Zinger әrәb şairi Qeys ibn-Darihin tәrcümeyi-halından daha ya-
xın analogiyanı üzә çıxarır: onun ikinci arvadı Lubnә İzolda ki-
mi, birinci arvadın adını daşıyır vә Tristan kimi, Qeys dә әvvәlki
sevgilisinә çox bağlı olduğundan öz arvadına toxunmur.138 İs-
pan-әrәb şairi Sәid ibn-Cudi şahzadә Abdullaha mәxsus gözәl
kölә Cәhanәyә aşiq olur vә başqa bir kölәni alaraq ona Cәhanә
adı verir, lakin öz arzularındakı qızı unuda bilmir. Burada bu bioq-
rafik novellada da Tristanla paralellәrin olduğunu qeyd edir.139
Ekkerin qeyd etdiyi kimi, әrәb şairlәrindә bu mövzuya dәfәlәrlә
rast gәlinir. Bu mövzu yeganә vә әsl mәhәbbәtin әvәz oluna bil-
mәyәcәyini nümayiş etdirmәlidir. Müq. et. Şәmsәddin әl-Budai-
ridә: “Sәlma çıxıb gedәndә vә yol onu uzaqlara aparanda mәn
sevgi iztirablarından ölәcәyimә әmin olduğumdan bir az dәrdimi
dağıtmaq vә sinәmdәki bu odu-alovu söndürmәk üçün öz mә-
hәbbәtimi başqasına yönәltdim. Ancaq mәnim iztirablarım, mә-
hәbbәtim vә ehtirasım әvvәlki sevgilimlә bağlı idi vә fikrim-zik-
rim onun yanındaydı”.140 Vә ya әl-Hacibidә: “Qәlbim füsunkar
qadına sevgiylә dolub-daşırdı: mәn ona tәrәf әyilәndә o, ahu ki-
mi ürküb qaçırdı vә mәn öz ürәyimә dedim: “Özünü әlә al, baş-
qa ceyranı sev”. Ancaq ürәk cavab verirdi: “Mәn azad deyilәm”.141
70