Page 71 - jirmunski
P. 71
Xalq qəhrəmanlıq eposu

Oxşar motivә provansal trubaduru Qilyom de Kabestanın bir şe-
irindә dә rast gәlirik: “Xanım, mәn Sizi elә ali mәhәbbәtlә sevi-
rәm ki, bu mәhәbbәt mәnә başqasını sevmәyә imkan vermir; la-
kin bu mәhәbbәt mәnә başqa xanıma qarşı nәzakәtli olmağa im-
kan verir vә bununla mәn bu ağır iztirablardan bir az azad olma-
ğa ümid edirәm; çünki Sizin haqqınızda fikirlәşәndә bütün digәr
sevdaları unuduram: Sizinlә qalıram vә Sizi özümә әn әziz adam
bilirәm”.142 Bu mövzunun variantı kimi әsl mәhәbbәtin sirrinin
gizli saxlanmasına xidmәt edәn başqa bir qıza mәhәbbәt motivi
çıxış edir. Bu motivә hәm dә әrәb lirik şairlәrindә vә provansal-
larda (Dantenin “Yeni hәyat” әsәrindә “donna del schermo”) rast
gәlinir.

İkinci sevgili motivinin şәrhindә “Tristan”a vә Qorqaniyә
müsәlman Şәrqi nәsrinin bir sıra әsәrlәri dә yaxınlaşır. Mәsәlәn,
“Leyli vә Mәcnun” süjetinin daha sonrakı variantları (Әmir Xos-
rovda vә Әlişir Nәvaidә Mәcnunun Nofәlin qızı ilә nişanlanma-
sı) vә türk xalq romanı “Tahir vә Zöhrә”. Sonuncuda öz sevgili-
sindәn ayrı düşәn Tahir Rum ölkәsinә gedib çıxır. Padşahın qızı
Xәdicә bu gözәl qәribә aşiq olur vә atası onu Tahirә әrә verir.
“Xәdicә gözәllikdә heç dә Zöhrәdәn geri qalmırdı. O, hәtta on-
dan daha gözәl idi. Ancaq Tahir Zöhrәyә verdiyi әhdi unutma-
mışdı vә bu haqda gәnc arvadına heç nә demirdi. Onlar bir yastı-
ğa baş qoyanda o, xәncәri çәkib özü ilә onun arasına qoyardı”.143
Axırda Tahir öz arvadını tәrk edir vә Zöhrәnin yanına qayıdır.
Xәdicә onun karvanının arxasınca yollanır vә yolda sәhrada ölür.

Bu paralellәr fonunda hәr iki romanda qeyd olunan epizodun
әhәmiyyәti daha aydın üzә çıxır: bu epizod “Tristan”ın müәllifi-
nә vә Qorqaniyә “ali”, yeganә, әvәzolunmaz eyni mәhәbbәt kon-
sepsiyası kimi mәlum olmuşdur.

Әlavә etmәk lazımdır ki, Senkerin müqayisәsi hәmişә dәqiq
olmur: o Şәrq romanının mәzmununu Qәrb romanına yaxınlaşdı-
rır vә abstrakt süjet xәtlәrinin bir çox digәr müqayisәlәri kimi,
әslindә hәr iki süjetin oxşar elementlәrini süni olaraq bir-birindәn
ayırır. Bununla belә, bütövlükdә, yәni digәr elementlәrlә birgә,
ifadә olunarkәn görünәn oxşarlıqlar konkret hallarda çox azdır.

71
   66   67   68   69   70   71   72   73   74   75   76