Page 67 - jirmunski
P. 67
Xalq qəhrəmanlıq eposu
sı hәmin nağılın Bizans variantında “Plakidanın hәyat hekayәti”
әsәrindә istifadәsini xatırladır. Baxmayaraq ki, hind hekayәtindә
bu dәyişikliklәr daha çoxdur. Pәncab vә Kәşmirdә, elәcә dә on-
larla bağlı olan Siamda, Malayada vә Cәnub-Qәrbi Sulavesidә131
yazıya alınmış müasir hind nağılları, bir sıra mühüm tәfәrrüatla-
rı ilә bu süjetin adi Şәrq tipindәn fәrqlәnsә dә, qәhrәman şah ob-
razını, arvadın oğurlanması, çayı keçәrkәn uşaqların itmәsi vә
didәrgin salınmış adamın qәrib ölkәnin şahı seçilmәsi (yerli xüsu-
siyyәtlәrә uyğun olaraq dövlәt quşunun qәhrәmanın başına qon-
ması ilә yox, şah filinin onun qarşısında baş әymәsi ilә) epizod-
larını saxlayırlar.132 Müasir Hindistan vә Cәnub-Şәrqi Asiya ölkә-
lәrinin nağıl folkloru sahәsindә sonrakı daha geniş vә sistemli
axtarışlar, bu ayrıca götürülmüş nümunә әsasında, nağıl tarixi ilә
bağlı hind nәzәriyyәsini daha dәqiqliklә yoxlamağa imkan verәr.
6
“İngilis Gilyom” vә “Gündoğmuş”un mürәkkәb fabula dola-
şıqlığı vә bunların süjet mәnbәlәri olan geniş xalq nağılları qrup-
larının mövcudluğu orta әsrlәr Fransası ilә müasir Özbәkistanı
ayıran geniş coğrafi mәkan vә tarixi dövr vasitәsilә Şәrq vә Qәrb
arasındakı genetik әlaqәlәri tәyin etmәyә imkan verir. Lakin bir-
başa vә ya qismәn mәdәni әlaqәlәr tәsbit olunmadıqda belә, çox
yaxın süjet oxşarlıqlarına ümumi sosial-tarixi vә bәdii-psixoloji
şәrtlәrin tәsiri altında yaranan tarixi-tipoloji uğunluqların nәticә-
si kimi baxılmalıdır.
Bu baxımdan orta әsr mәnzum “Tristan vә İzolda” (ilk varian-
tı, ehtimal ki, 1150-ci ildәn gec olmayaraq) fransız romanı ilә şa-
ir Gurqaninin daha erkәn dövrlәrә aid fars mәhәbbәt dastanı “Vis
vә Ramin”in (XI әsrin ortaları) oxşarlığı maraqlı metodoloji
problemdir. Bu әsәrlәrin süjetlәri bir-birinә hәdsiz dәrәcәdә yaxın
olduğu üçün oxşarlığı o qәdәr mühümdür ki, “Tristan”ın Şәrq
mәnbәlәri haqqında mәsәlә dәfәlәrlә müzakirәyә çıxarılmışdır.133
Ancaq bu, nәticәsiz qalmışdır, çünki bir tәrәfdәn İran әdәbiyya-
tının birbaşa vә ya qismәn fransız әdәbiyyatına tәsiri haqqında
heç bir bilgi yoxdur, digәr tәrәfdәn isә Tristan haqqında rәvayәt-
lәrin daha aydın yerli (kelt) mәnbәlәri mәlumdur.
67