Page 63 - jirmunski
P. 63
Xalq qəhrəmanlıq eposu

vadının mәslәhәti ilә) birincini seçәndә çoxlu müsibәtlәrә düçar
olur (bu folklor motivi süjetin bir sıra hәm Qәrb, hәm dә Şәrq
variantlarında tәkrarlanır).121 Bu arada ailәnin sevinclә qovuşma-
sından sonra Plakidanı heç dә xoşbәxt qocalıq yox, әzabkeş hә-
yat (onun seçiminә uyğun olaraq) gözlәyir.

Bu rәvayәtdә ilkin tipdәn uzaqlaşmalar kimi bir sıra kiçik
detalları göstәrmәk olar. Belә ki, Plakida çayın o üzünә keçәrkәn
onun oğlanlarını iki heyvan aparır – şir vә qurd. Ancaq bu situa-
siyada uşaqlardan birini çay aparmalı idi (“Qilyom”da vә bir çox
digәr variantlarda olduğu kimi) – әks halda, hekayәdә bu keçidin
bir mәnası olmazdı. Elәcә dә kral (digәr hallarda tacir) baş qәh-
rәman kimi, Roma sәrkәrdәsindәn (xristian müqәddәsinin hәyat
hekayәtindә bu süjet ona bağlanır) fәrqli olaraq, hekayәt üçün
daha tipikdir.

Şәraitdәn asılı olaraq ayrılığa düçar olan ailә üzvlәrinin di-
dәrgin düşmәsi, ağır sınaqlardan keçәrәk sonradan qovuşması vә
“bir-birini tanıması” ilә bitәn bu tipli hekayәtin mәnbәlәri, birba-
şa vә ya dolayısı ilә (janr baxımından), macәra süjet әnәnәsinә
malik sonrakı yunan vә ya Bizans romanına aiddir.122 Belә ro-
man daha qәdim folklor (nağıl) mәnşәli macәra süjetlәri şifahi
әnәnәdәn götürә bilәrdi. Belә mәzmunlu nağıllar, doğrudan da,
Ön vә Orta Şәrqin bir çox xalqlarında qeydә alınmışdır, süjet
dolğunluğuna vә mәzmununa görә bunlar Yevstafi-Plakidanın
hәyat hekayәtinin mәrkәzi hissәsi ilә, elәcә dә Qәrbi Avropa cәn-
gavәrlik romanları ilә çox yaxındır. Biz orta әsr әrәb (“Min bir
gecә”nin müxtәlif variantlarından), yәhudi (X әsr “Midraş”ın-
dan) vә müasir Azәrbaycan, ermәni, Suriya, qaqauz (Bessarabi-
yadan), Kabil (Tunisdәn) vә s. cәmi 20-ә yaxın variantın olduğu-
nu bilirik.123 Bunlara fars124, daha bir Azәrbaycan125, ermәni126 vә
Eberhard – Nayli türk nağılları kataloqunda yer almış bir qrup
türk (26 sayda)127 variantlarını da әlavә edә bilәrik.

Bu nağıllar aşağıdakı mәzmundadır.
Hökmdar (mömin vә әdalәtli variantı) öz taxt-tacını (sehrli
yuxunun göstәrişi ilә öz taxt-tacından әl çәkir variantı) tәrk edir
vә ya varlı tacir öz var-dövlәtini itirir. Bәzәn bundan öncә – ha-

63
   58   59   60   61   62   63   64   65   66   67   68