Page 61 - jirmunski
P. 61
Xalq qəhrəmanlıq eposu

yә”).117 Burada imperatorun әdalәtsiz olaraq әrinә xәyanәtdә
günahlandırılan arvadı әkiz oğulları ilә birgә sәhraya sürgün edi-
lir. Onlardan birini meymun, digәrini dә dişi şir oğurlayır; hәr
ikisi sonradan xilas olur, öz doğmalarından xәbәrsiz sadә insan-
lar tәrәfindәn tәrbiyә olunur, sarasinlәrlә mübarizәdә imperatora
kömәyә gәlir vә bir sıra şücaәtlәr göstәrdikdәn sonra öz ata-ana-
larına qovuşurlar.

Avropa әdәbiyyatında “İngilis Gilyom”un xronoloji cәhәt-
dәn әn qәdim süjet formasını müqәddәs Yevstaxi vә ya Yevstafi-
nin (Roma sәrkәrdәsi Plakidanın) әfsanәvi hәyat hekayәti tәq-
dim edir.118 Bu әsәrin V-VI әsrlәrdә yunan vә latın dillәrindә iş-
lәnmiş variantları, IX әsrdә latınca işlәnmiş mәnzum variantı,119
hәmçinin “Qızıl әfsanә”nin (“Legenda aurea”) vә “Roma işlәri”-
nin (“Gesta Romanorum”, XIII әsr) sonrakı nәsr variantları mә-
lumdur.

Rәvayәtә әsasәn, Plakida imperator Trayanın sәrkәrdәsi ol-
muşdur. O, bütpәrәst idi, döyüş şücaәtlәri, eyni zamanda öz xe-
yirxahlığı vә kasıbların qayğısına qalması ilә tanınırdı. Xristian-
lığı o, möcüzә nәticәsindә qәbul edir: ovda maralı pusanda Pla-
kida onun buynuzları arasında çarmıx görür vә onu әslindә indi-
yәcәn öz nәcib әmәllәriylә xidmәt etdiyi yeni dini qәbul etmәyә
çağıran sәs eşidir. Plakida bütün ev adamları ilә birgә xaç suyu-
na çәkilir vә Yevstaxi adlandırılır. Bundan sonra hәmin ilahi sәs
onun ağır sınaqlardan keçәcәyini vә әzabkeş hәyat sürәcәyini
bәyan edir. Az keçmiş Yevstaxi evini, var-dövlәtini itirir, arvadı
vә iki azyaşlı oğlu ilә Misirә köçmәyә qәrar verir. Dәniz sәyahәti
zamanı gәmi sahibi onun arvadını oğurlayır. Yevstaxinin özü isә
oğulları ilә birlikdә onun әlindәn xilas olur, ancaq sonrakı sәya-
hәtlәrindә çayı keçәrkәn iki oğlunu da itirir: birini şir, digәrini
isә canavar aparır. Uşaqları kәndlilәr vә çoban xilas edir. Bәd-
bәxt ata 12 il Misirdә kasıb tarla gözәtçisi kimi yaşayır. Bu za-
man barbarlar Roma dövlәtinin әyalәtlәrinә hücum edirlәr. İm-
perator Trayan sınanmış sәrkәrdәni öz qoşununa başçı qoymaq
istәyir. Qasidlәr onun arxasınca yollanır vә onu köhnә yarasın-
dan tanıyırlar. Yevstaxi orduya başçılıq edir. Orduya axışan in-

61
   56   57   58   59   60   61   62   63   64   65   66