Page 58 - jirmunski
P. 58
tor Jirmunski

yaya, İrana sәfәrlәri, Dara üzәrindә qәlәbәsi vә onun qızı Roksa-
na ilә evlәnmәsi, hökmdar Poro ilә müharibәsi vә Hindistanı
zәbt etmәsi, onun brahman-himnsofistlәr ilә söhbәtlәri (“çılpaq
müdriklәr”), şah arvadı Kandake ilә görüşü vә onun amazonlar
ölkәsinә yürüş etmәsi, nәhayәt, Babilistanda hәyatla vidalaşması
haqqında hekayәtdir. İsgәndәrin hәyatı vә şücaәtlәri ilә bağlı ta-
rixi faktlara şifahi rәvayәtin, nağılın vә yazılı әfsanәnin element-
lәri dә әlavә olunur.

“Yalançı Kallisfen” iki dәfә qısaldılmış formada Yuli Valeri
(300-cü ilә yaxın) vә geniş formada arxipresvitor Leo (X әsrin
ortası) tәrәfindәn latın dilinә tәrcümә edilmişdir.108 Sonuncu tәrc-
ümә müxtәlif vaxtlarda bir çox digәr Qәrbi Avropa, o cümlәdәn
ingilis vә alman (ilk alman tәrcümәsi “Rahib Lamprext”indir,
1130-cu ilә yaxın)109 dillәrinә çevrilmiş İsgәndәr haqqında bir sı-
ra fransız cәngavәrlik romanları üçün (XII әsrin ikinci yarısın-
dan etibarәn)110 mәnbә rolunu oynamışdır. Macәra-qәhrәmanlıq
janrına aid әsәrlәr, İsgәndәr haqqında roman öz qәhrәmanını tәk-
cә orta әsrlәr cәngavәr idealının ifadәsinә çevirmәdi, eyni za-
manda sәlib yürüşü dövrünün avropalı oxucusu üçün xarici ölkә-
lәrә fantastik sәyahәtlәrdәn söz açan digәr poetik әsәrlәrlә yana-
şı, qәdim Şәrqin әfsanәvi tarixi, coğrafiyası, onun misilsiz xalq-
ları, ölkәlәri vә möcüzәlәri ilә tanışlığın әsas әdәbi mәnbәsi kimi
xidmәt göstәrmiş oldu.

İsgәndәr haqqında Bizans poemaları vә cәnubi slavyan vә
qәdim rus әdәbiyyatında “İsgәndәriyyә”nin nәsrlә işlәnmiş bir
sıra variantları da “Yalançı Kallisfen”lә bağlıdır.111 Yunan mәtni
Şәrqdә orta fars (pәhlәvi), Suriya, kopt, hәbәş, ermәni, sonralar
isә әrәb vә yәhudi (ola bilsin ki, arxipresvitor Leonun latın dilinә
tәrcümәsi vasitәsilә) dillәrinә tәrcümә edilmişdir. Aleksandr ob-
razı Avropa cәngavәrlik romanında hansı yeri tutursa, irandilli vә
türk xalqlarının roman sәciyyәli eposundakı İsgәndәr obrazı da
hәmin yeri tutur.112 Bu mövzu ilә bağlı әn mühüm әsәrlәr Firdov-
sinin (onun “Şahnamә” әsәrindә İsgәndәr haqqında epizod geniş
yer tutur. 1000-ci ilә yaxın), azәrbaycanlı Nizaminin (“İsgәndәr-
namә”, 1200-cü ilә yaxın), hind-İran şairi Әmir Xosrovun (“İs-

58
   53   54   55   56   57   58   59   60   61   62   63