Page 55 - jirmunski
P. 55
Xalq qəhrəmanlıq eposu

prototiplәrinә bağlayan Benfeyin95 hind nәzәriyyәsinin, elәcә dә
fransız folklorşünası Koskenin96 әsәrlәrindә bu nәzәriyyәnin mo-
dernlәşdirilmәsi cәhdlәrinin iflasına baxmayaraq, Şәrq tәsirinin
izlәri açıq-aşkar görünmәkdәdir.97 Vesselskinin98 sadәlövhcәsinә
fәrz etdiyi kimi, antik vә orta әsrlәr dövrünә aid kitab heç dә xalq
nağılının yeganә mәnbәyi deyil, lakin onun yazılı vә şifahi mәn-
bәlәrindә, şübhәsiz ki, orta әsrlәrdә bütün Avropanı dolaşan, ey-
ni zamanda Yaxın vә Orta Şәrq xalqlarının yazılı әdәbiyyatında
vә folklorunda çoxsaylı şaxәlәnmәlәrlә tәqdim olunan, mәsәlәn,
“Yeddi müdrik haqqında hekayә” vә “Kәlilә vә Dimnә” (mәnşә-
cә hind “Pançatantra”sına gedib çıxır)99 kimi Şәrq tәrcümә mәc-
muәlәri mühüm yer tutur. Qeyd etmәk lazımdır ki, әsasında hind
şahzadәsi Buddanın100 әfsanәvi tәrcümeyi-halı dayanan “Varla-
am vә İoasaf haqqında hekayә”nin Bizans-slavyan vә Qәrbi Av-
ropa variantları vә A.N.Veselovskinin101 Şәrq, slavyan vә Qәrbi
Avropa nәşrlәrindә hәrtәrәfli araşdırılmış Süleyman şah (Çar So-
lomon) vә Kitovras (kentavr) haqqında Şәrq dastanı iki dәfә al-
man şpilmanları tәrәfindәn (Salman vә Morolf haqqında poema-
larda – XII әsr) yenidәn işlәnmiş, rus söylәyicilәri onu bılina for-
masına (“Süleyman şah vә Vasili Okulyeviç”)102 salmışlar. Süley-
man haqqında ayrı-ayrı әylәncәli roman motivlәrindәn (qәhrә-
manın arvadının hiylә ilә qaçırılması vә ya qaçması, qәhrәmanın
elçiliyinin “ikinci tur”u kimi әri tәrәfindәn qaytarılması) alman
şpilman eposuna aid digәr әsәrlәrdә (“Kral Roter”) vә ola bilsin,
cәnubi slavyan eposunda istifadә olunmuşdur.103

Roman eposunun yeni tematikasını daha erkәn dövrün qәh-
rәmanlıq üslubundan fәrqlәndirәn mәhz belә aşiqanә-әylәncәli,
novella vә ya fantastik-nağıl süjet vә motivlәri bir әdәbiyyatdan
digәrinә asanlıqla keçir. Qәrbdә isә orta әsrlәrdә bu motiv vә
süjetlәr çox vaxt Şәrq mәnbәlәrindәn keçirdi.

Buraya әsasәn XII-XIII әsrlәrin mәnzum fransız rıtsar ro-
manları aiddir. Digәr Qәrbi Avropa әdәbiyyatında yenidәn işlәn-
miş bu romanlar macәra süjetlәrinin xarakteri etibarilә sonrakı
yunan vә ya Bizans roman әnәnәlәrinә bağlıdır vә buna görә dә
şәrti olaraq Bizans әnәnәsi sayılır. Tale sevәnlәri vә ya bir ailә-

55
   50   51   52   53   54   55   56   57   58   59   60