Page 57 - jirmunski
P. 57
Xalq qəhrəmanlıq eposu
A.N.Veselovskinin apardığı tәdqiqatlara görә, möcüzәvi xris-
tian müqәddәsi Qraal haqqında әfsanәnin әsasını Şәrq mәnşәli
xristian apokriflәri tәşkil edir (Robert de Borronun “Arimafeyli
İosif” poeması, 1200-cü illәrә yaxın vaxtlar vә onun davamı);107
Qraalın axtarışı Kretyen de Truanın Perseval haqqında cәngavәr-
lik romanının (1180-cı ilә yaxın) vә sonrakı bir sıra digәr müәl-
liflәrin әsәrlәrinin mәzmununu tәşkil edir. Alman şairi Volfram
fon Eşenbaxın “Parsifal” poemasında (XIII әsrin әvvәli) Şәrq
mövzusu sanki xristian mövzusunu tamamlayır. Parsifalın atası
gәnc yaşlarında Şәrqdә macәra axtarışına çıxır, Bağdad xәlifәsi-
nin yanında vәzifә alır, sonradan onun arvadı olan vә ona oğul
övladı bәxş edәn mavritaniyalı şahzadә qızı azad edir. Xristian
ölkәlәrinә qayıtdıqdan sonra o, öz şücaәti ilә gözәl xristian şah-
zadәsi ilә evlәnir vә krallığa sahib olur. Dul arvadı onun vaxtsız
ölümündәn sonra meşәlәrә çәkilir vә orada sonralar Qraal cәnga-
vәri olan Parsifalı dünyaya gәtirir. Poemanın sonunda Parsifal,
öz atasının axtarışına çıxmış “şәrq”li qardaşı ilә qarşılaşır vә on-
ların arasında tәkbәtәk döyüş baş verir. Şücaәt vә güc baxımın-
dan bir-birinә üstün gәlә bilmәyәn qardaşlar dostluq müqavilәsi
bağlayırlar. Belә giriş vә sonluq Volframın poemasının coğrafi
çәrçivәlәrini genişlәndirir; o, öz tәsәvvüründә sәlib yürüşlәri ilә
bir araya gәtirilmiş Şәrqi vә Qәrbi әhatә edәn cәngavәrlik mәdә-
niyyәtinin beynәlxalq birliyi nöqteyi-nәzәrindәn çıxış edir: bu,
orta әsr dünyagörüşü üçün qeyri-adi, dini etiqad fәrqlәrinin
fövqündә dayanan azad fikir nümunәsidir.
Ümumi antik irsә әsaslanan bu mәdәni ünsiyyәtin әn aydın
vә mühüm nümunәsi kimi İsgәndәr haqqında orta әsr romanını
vә onun çoxsaylı Şәrq vә Qәrb variantlarını göstәrmәk olar.
Görünür, bütün bu variantların ümumi mәnbәyi Makedoniyalı
İsgәndәrin b.e. 200-cü ilindә Misirdә yunan dilindә tәrtib olun-
muş apokrifik bioqrafiyasıdır. Tәrtibatçılar bu bioqrafiyanın İs-
gәndәrin hәkimi vә onun sәfәrlәrinin iştirakçısı olan Kallisfen
tәrәfindәn yazıldığını iddi edirlәr (“Yalançı Kallisfen”). Bu bioq-
rafiya İsgәndәrin möcüzәvi şәraitdә doğuluşu (Misir kahini Nek-
tanebdәn), Aristotelin ona müәllimlik etmәsi, onun Misirә, Suri-
57