Page 54 - jirmunski
P. 54
tor Jirmunski

Şәrqdә türk xalqlarının macәra-qәhrәmanlıq mәzmunlu, mәn-
zum “xalq roman”ı şifahi әnәnәdә xalq epik poeziyasının tipoloji
cәhәtdәn daha sonrakı janrı kimi müstәqil inkişaf yoluna qәdәm
qoyur. Mәsәlәn, özbәk eposunda Qoroğlu silsilәsindәn olan xalq
romanları belә sәciyyә daşıyır (bax: sәh. 216)

5
Yuxarıda qeyd olunan mәrhәlәli-tipoloji uyğunluqlar Şәrq vә
Qәrb arasındakı mövcud aktiv әlaqәlәri vә qarşılıqlı tәsir mәsә-
lәsini istisna etmir. Әrәb vә fars Şәrqi vә onların ardınca Hindis-
tan vә Çin, orta әsrlәrin böyük bir mәrhәlәsini әhatә edәn dövrdәn
ta ilkin kapitalist dövrünә qәdәr daha yüksәk mәdәni inkişaf yo-
lu keçmәsi etibarilә güclü beynәlxalq mәdәni vә әdәbi tәsir mәn-
bәyinә çevrilmişdi.
Orta әsrlәr Avropa nәsrindә Şәrqә xas motiv vә süjetlәr çox-
dan üzә çıxarılmışdır. Onlar Bizansın vasitәsilә (ola bilәr, bәzi
tәdqiqatçıların fikirlәşdiyi kimi, manixey dualist sektaları vasitә-
silә) vә ya daha sonralar monqol vә türk istilaları nәticәsindә ya-
yılırdı, ancaq bu proses sәlib yürüşü dövründә xüsusi vüsәt aldı.
Yazılı, nәzәri mәnbәlәrlә yanaşı, bu yayılmada әhli-sәlibin,
“müqәddәs torpağa” gedәn zәvvarların vә ya Bokaççonun novel-
lasındakı senyor Torello kimi (“Dekameron”, X, 9) Şәrqә sәfәr
etmiş tacirlәrin şifahi hekayәtlәri, elәcә dә öz repertuarlarını
müxtәlif mәnşәli әylәncәli gәlmә süjetlәrlә zәnginlәşdirmәyә ça-
lışan jonqlyor vә şpilmanların ifası böyük rol oynamışdır. XII әsr
alman şpilman eposu sәlib yürüşü ilә bağlı olan bu aktual tarixi-
coğrafi tematikanın kifayәt qәdәr aydın izlәrini saxlamışdır: Qәh-
rәmanın elçiliyi “Kral Roter”dә Komnenlar dövrünün Konstanti-
nopolunun müasir fonunda, “Orendel”dә isә Fәlәstindә әsası әh-
li-sәliblәr tәrәfindәn qoyulmuş dövlәtlәrdә feodal çәkişmәlәri
şәraitindә baş verir. Hәr iki halda qәdim german qәhrәmanlıq
eposundakı әnәnәvi adlar vә süjetlәr XII әsr rıtsar cәmiyyәtinin
zövqünә vә marağına uyğun olaraq yeni formaya salınmışdır.
Әksәr Avropa nağıl vә novella süjetlәrini farslar, әrәblәr vә
ispan yәhudilәri vә ya Bizans vasitәsilә buddist mәnşәli hind

54
   49   50   51   52   53   54   55   56   57   58   59