Page 50 - jirmunski
P. 50
tor Jirmunski

Firdovsinin “Şahnamә” (tәxminәn 1000-ci il) epopeyası in-
kişaf etmiş feodal cәmiyyәti dövrünün poetik yaradıcılığına daha
yaxındır. Burada mifoloji vә qәhrәmanlıq dastanları ilә yanaşı,
qәhrәman-aşiq epizodları da әhәmiyyәtli yer tutur (Zal vә Rüda-
bә, Bijan vә Mәnijә vә b.). Burada yazılı “şah xronikaları”ndan,
eyni zamanda qismәn vә ya ola bilsin ki, birbaşa şifahi xalq epo-
sundan (Rüstәm silsilәsi) götürülmüş әnәnәvi vә nisbәtәn yeni
tәhkiyә süjetlәrinin işlәnmәlәrindә böyük şairin fәrdi sәnәtkarlı-
ğı aydın görünür. “Roland haqqında nәğmә”, “Nibelunqlar haq-
qında nәğmә”, “Mәnim Sidim haqqında nәğmә” vә digәr epik
poemaların yazılı әdәbi işlәmәlәrinin müәlliflәrinin adları günümüzә
gәlib çatmayıb, adsız xalq-epik әnәnәsindә әriyib, lakin bu mütә-
fәkkir şairin adı qalır vә bu, heç dә tәsadüfi deyil.

Cәngavәrlik romanı ilә yaxınlaşma vә sonradan onun birbaşa
tәsirinin üzә çıxması sonrakı fransız vә alman eposu üçün dә xa-
rakterikdir (müq.et: mәsәlәn, XII әsr fransız “Qyuon de Bordo”
vә ya XIII әsrin daha sonrakı nәşrlәrindә alman “Volfditrix” poe-
maları). Bunun әlamәtlәri, bir tәrәfdәn, mәhәbbәt romantikası-
nın inkişafı, digәr tәrәfdәn isә “Roland haqqında nәğmә”, “Nibe-
lunqlar” vә ya Kosovo döyüşü haqqında serb epik dastanlarının
sәrt tarixi qәhrәmanlığın hesabına macәra-qәhrәmanlıq vә nağıl-
fantaziya, “sehrli” elementlәrin inkişafıdır.

Biz burada inkişaf etmiş feodal cәmiyyәtinin poetik әdәbiy-
yatında әnәnәvi xalq qәhrәmanlıq eposunun әvәzinә roman epo-
sunun yeni janrının yaranması ilә yeni tarixi dövrün sәrhәdini
keçmiş olduq: Qәrbi Avropada mәnzum cәngavәrlik (vә ya kur-
tuaz) romanı (XII–XIII әsrlәr), Ön vә Orta Şәrqin irandilli әdә-
biyyatında romantik adlanan epos (XI әsrdәn başlayaraq) buna
misaldır.91 Azәrbaycanlı Nizaminin (1141–1209) farsca yazdığı
poemaları (“Leyli vә Mәcnun”, “Xosrov vә Şirin” vә s.) bir çox
cәhәtlәri ilә onun fransız müasiri, Qәrbdә bu janrın banisi Kret-
yen de Truanın әsәrlәrini xatırladır. Qәdim xalq eposunun qәhrә-
manlıq mövzusunun roman mövzusu ilә әvәzlәnmәsi, tәhkiyәnin
bәzәn bu vә ya digәr dәrәcәdә genişlәndirilmiş cәngavәr şücaәti
vә macәrası elementlәri fonunda mәhәbbәt, psixoloji mövzu әt-

50
   45   46   47   48   49   50   51   52   53   54   55