Page 49 - jirmunski
P. 49
Xalq qəhrəmanlıq eposu

qud”da, xüsusilә qazax dastanlarında olduğundan (“Koblandı-
batır”, “Yer-Tarqın” vә s.) daha aşkar görünür; Kuhullina silsilә-
sindәn olan qәdim irland epik saqaları “Roland haqqında nәğ-
mә”dәn vә ya rus bılinalarından daha arxaikdir, “Kalevala” isә
eposun bu qәdim feodal dövründәn dә әvvәlki tipinә son dәrәcә
yaxındır (bax: sәh.369).

Firdovsinin “Şahnamә” epopeyası inkişaf etmiş feodal cә-
miyyәtindәki poetik yaradıcılığa daha yaxındır. Burada mifoloji
vә qәhrәmanlıq hekayәtlәri ilә yanaşı, qәhrәmanlıq-roman epi-
zodları da (Zal vә Rüdabә, Bijәn vә Mәnijә vә b.) yer alır; yazılı
“şah salnamә”lәrindәn, ola bilsin, qismәn bilavasitә şifahi xalq
dastanından (Rustәm silsilәsi) götürülmüş әnәnәvi vә nisbәtәn
yeni tәhkiyә süjetlәrinin işlәnmәsindә böyük şairin fәrdi sәnәt-
karlığı aşkar hiss edilir. Odur ki, “Roland haqqında nәgmә”, “Ni-
belunqlar nәğmәsi”, “Mәnim Sidim haqqında nәğmә” vә s. kimi
epik poemaların әdәbi işlәnmәlәrinin müәlliflәrinin adları xalq
epik әnәnәsindә әriyib yox olduğu halda, Firdovsinin adının ta-
rixdә qalması tәsadüfi deyil.

Digәr tәrәfdәn, orta әsrlәr Qәrbi Avropa eposu (alman, fran-
sız, ispan) rus bılinalarından, cәnubi slavyan eposundan, elәcә
dә “Alpamış”dan, yaxud “Canqarnamә”dәn fәrqlәnir. Bu, onun-
la bağlıdır ki, sonuncular bizә xalq yaradıcılığının vә şifahi ifa-
nın canlı әnәnәsi vasitәsilә gәlib çatdığı halda, “Roland haqqın-
da nәğmә”, “Nibelunqlar haqqında nәğmә” vә s. özünün ilkin şi-
fahi xalq yaradıcılığı formalarında, peşәkar gәzәrgi ifaçıların,
jonqlyor vә ya şpilmanların әnәnәvi ifasında qalaraq qeydә alın-
mamış vә әdәbi tәkmillәşdirmә obyektinә çevrilmişdir. Bunun
nәticәsindә xalqdan qeydә alınan epik dastanlar inkişaf etmiş fe-
odal cәmiyyәtinin, onun mәdәniyyәtinin vә poeziyasının sonrakı
ideologiyasının bu vә ya digәr dәrәcәdә tәsirinә mәruz qalmış-
dır. Mәhz buna görә, artıq dediyimiz kimi, sovet xalqlarının
gözlәrimiz önündә yaratdığı vә bәslәdiyi canlı epik yaradıcılıq
üzәrindә müşahidәlәr yalnız әlyazma mәtnlәri vә әdәbi işlәnmә-
lәr şәklindә bizә gәlib çatmış antik vә orta әsrlәr eposunun anla-
şılması üçün açar ola bilәr.

49
   44   45   46   47   48   49   50   51   52   53   54