Page 44 - jirmunski
P. 44
tor Jirmunski
dastanın müstәqil qәhrәmanı olur.88 “Әli bәy ilә Bolu bәy” özbәk
poeması da Orta Asiyada geniş yayılmış “Yusif ilә Әhmәd” sa-
vaş hekayәtinin ardı kimi sәciyyәlәndirilir. Әli bәy vә Bolu bәy
qәdim poemanın qәhrәmanlarının oğullarıdır vә әsasәn, öz mәş-
hur atalarının igidliklәrini tәkrarlayırlar. “İmansızlara” qarşı
mübarizәdә onlarla birgә dinlәyicilәrә qәdim eposdan mәlum
olan şәxslәrin oğulları da iştirak edirlәr.89 Onlar әvvәlki nәslin
adı vә igidliklәrinin kölgәsi kimi yaşayan qәhrәmanların ikinci
nәslini tәmsil edәn kiçik bahadırlardır.
Belә inkişafın daha bariz nümunәsi kimi epik dastanların
Koroğlu (Qoroğlu) haqqında Orta Asiya variantlarını göstәrmәk
olar. İlkin әnәnәdә sonsuz olan bu qәhrәmanın oğulluğa götürdüyü
Әvәz vә Hәsәndәn, genealoji silsilәlәşdirmәnin qaydalarına uy-
ğun olaraq, nәvәlәri Nurәli vә Rövşәn, nәhayәt, nәticәsi Cahan-
gir dünyaya gәlir (bax: sәh.216). Bu gәnc qәhrәmanlar haqqında
özbәk poemaları әksәrәn qәhrәman-macәra vә roman mәzmun-
ludur ki, bu da bu janr üçün xarakterik olan kifayәt qәdәr şablon
motivlәri müxtәlif şәklә salmaqla onların sonradan әmәlә gәldi-
yinә dәlalәt edir.
Digәr tәrәfdәn, öncә müstәqil epik dastanların mәrkәzindә
duran ayrı-ayrı bahadırlar, eposun inkişafı prosesindә bir epik
monarxın drujinniklәri vә ya vassalları kimi birlәşә bilәrlәr. Әs-
lindә, müxtәlif tayfa vә әyalәt әnәnәlәri ilә bağlı olan belә vahid
mәrkәz әtrafında silsilәlәşdirmә, feodal cәmiyyәti üçün xarakte-
rik olan dövlәt birlәşmәlәri vә yerli parçalanma ziddiyyәtlәriylә,
daha әzәmәtli feodal dövlәtlәrinin yaranmasının nәticәsindә mey-
dana çıxır. Bu baxımdan Böyük Karlın, Vladimir Krasnoye Sol-
nışkonun, orta әsrlәr oğuz eposu “Kitabi-Dәdә Qorqud”da Ba-
yandur xanın, kalmık eposunda Canqarın saray әhli son dәrәcә
oxşar cizgilәrә malikdir. Bütün hallarda epik hökmdarı adları bi-
zә tanış olan pәhlәvanlar әhatә edir ki, bunlardan hәr birinin tipik
xarakteristikası vә öz epik bioqrafiyası vardır. Onlar bir vә ya bir
neçә nәğmәnin baş qәhrәmanı kimi çıxış edә bilәrlәr. Onların ha-
mısı döyüş yoldaşı, bir döyüş birliyinin üzvlәridir vә onlar birgә
vә ya ayrı-ayrılıqda hәrәkәt etsәlәr dә, ifaçı onları epizodik şәxs
44