Page 40 - jirmunski
P. 40
tor Jirmunski

axşamlar) vә daimi auditoriya tәlәb olunurdu. Digәr tәrәfdәn,
mәlumdur ki, hәm özbәk, hәm dә qırğız yaradıcı söylәyici-imp-
rovizatorlar auditoriyanın istәyindәn asılı olaraq, öz dinlәyicilә-
rinә hәmin әsәri qısa vә ya daha geniş formada da tәqdim edә bi-
lәrdilәr (bax: sәh.274 vә s.).

Onu da qeyd etmәk lazımdır ki, “Edda”nın dәlillәrinә vә
Xoyslerin nәzәriyyәsinә görә, 200–250 şeirdәn ibarәt german
tipli qısa nәğmә ilә böyük, genişlәndirilmiş epos arasında Xoys-
ler tәrәfindәn nәzәrә alınmamış müxtәlif keçid formaları da ola
bilәr. Hәm rus vә cәnub slavyan, hәm dә oğuz, qazax vә kalmık
dastanları belә ortahәcmli nәğmәlәrә aiddir. Ortahәcmli bılinala-
ra 300–400 şeir xas olduğu halda, Qilferdinqin yazıya aldığı bә-
zi bılina süjetlәrindә 500 vә daha çox şeir yer alır; hazırda Marfa
Kryukovanın bılinalarında 500-dәn 1000-ә qәdәr genişüslublu
şeirlәrin olduğunu görmәk olar. Alman tәdqiqatçısı Aloiz Şmau-
zun84 qeyd etdiyi kimi, Bosniya müsәlmanlarının eposu da “böyük
formalara” meyillidir. Bunu amerikalı professor M.Perri tәrәfin-
dәn mәşhur müasir söylәyici Salih Uqlyanidәn (1200–1600 şeir)85
yazıya alınmış mәtnlәrdәn dә görmәk olar. Öz ölçülәrinә görә
bәzi qazax dastanları, mәsәlәn, “Koblandı-batır” daha genişdir.
Amma bu, Xoyslerin dediyi kimi, “genişlәndirmә” vә ya “şişirt-
mә” (Anschwellung) hesabına yox, süjet düzümünә, yәni bioqra-
fik silsilә halına salınma nәticәsindә mümkün olmuşdur.

Eposun inkişafı üçün bu silsilәlәşdirmә prosesi üslubi geniş-
lәnmәlәrdәn heç dә az әhәmiyyәt daşımır. Xoysler bunu lazımın-
ca qiymәtlәndirmir. Ehtimal etmәk olar ki, bәzi hallarda eposun
ilkin vә daha sadә tipi qәhrәmanın ayrıca bir şücaәti haqqında
nisbәtәn qısa epik nәğmә-dastandan ibarәt olmuşdur. Ancaq il-
kin olaraq, qәhrәmanın şәxsiyyәtini istisna etmәklә, bir-biriylә
bağlı olmayan epik süjetlәrdә bahadır bir neçә macәranın qәhrә-
manı kimi dә çıxış edә bilәrdi (müq. et: İlya Muromets vә Dob-
rınya Nikitiçin müxtәlif “sәfәrlәri”). Belә müstәqil nәğmә süjet-
lәrinin bir araya gәtirilmәsinin әn sadә üsulunu – ard-arda
düzülmәni – bu düzülmәnin hәlә orqanik xarakter daşımadığı rus
eposunun müxtәlif yerlәrdәn toplanmış nümunәlәrindә görmәk
olar (bax: söylәyici Kalininin Dobrınya Nikitiç haqqında toplu

40
   35   36   37   38   39   40   41   42   43   44   45