Page 38 - jirmunski
P. 38
tor Jirmunski
(“Edda”da “Atlı haqqında nәğmә”nin iki versiyası) belә xarakte-
rә malikdir. Biz bura әlavә edә bilәrik ki, elә rus dastanları da
süjet cәhәtdәn belә bitkin xarakterә malikdir. Mәsәlәn: İlya Mu-
romets vә Solovey Razboynik, İlya vә Sokolnik (elә “Xildeb-
rand haqqında nәğmә”dә olduğu kimi, ata ilә oğul arasında
döyüş) vә ya elә hәmin epik qәhrәman haqqında digәr nәğmәlә-
rin mövcudluğundan asılı olmayaraq Mark Kraleviç vә quldur
Musa haqqında nәğmә (Vuk Karaciçin toplusu, II T., № 66),
Canqar vә onun bahadırları haqqında kalmık dastanları silsilәsi
tәrkibindә olan bahadır Xonqorun evlәnmәsi haqqında dastan vә
ya “Kitabi-Dәdә Qorqud” Oğuz epik silsilәsindә “Salur Qazanın
evinin yağmalanması boyu” bu qәbildәndir.
German epik nәğmә-dastanlarının (kurzes Einzellied) Xoys-
lerin fikrincә, әn qәdim tipini tәqdim edәn “Edda”da әks olunan
Ziqfrid vә Brünhilda haqqında vә ya Nibelunqların ölümü haq-
qında qısa nәğmәlәrlә müqayisәdә alman “Nibelunqları” (tәqri-
bәn 1200-cü illәr) kimi böyük epik dastanlar, Laxmannın fikir-
lәşdiyi kimi, ardıcıl nәğmә-fәsillәr zәncirini yox, elә hәmin süje-
ti, yeni epizodların vә ikincidәrәcәli şәxslәrin, statik monoloqlar
vә dialoqlarda açılan psixoloji әsaslandırmaların daxil edilmәsi
ilә daha әtraflı formada tәmsil edir. Süjet çәrçivәlәri saxlanır,
epik süjetin işlәnmәsinin üslubi keyfiyyәti dәyişir.
Bu dәyişikliyin sәbәbini Xoysler әslindә formal, texniki fak-
torlarda – şifahi nәğmә әnәnәsindәn yeni yazılı “kitab” eposu
formasına (Buchepos) keçiddә, әdәbi (son nәticәdә qәrbi Avro-
pa üçün antik) nümunәlәrin tәsirindә görür. Biz isә güman edirik
ki, bәdii üslubun bu dәyişikliyi dәyişәn ictimai mәzmunu, ideo-
logiya vә psixologiyanı vә demәli, feodal cәmiyyәtinin yeni bә-
dii zövqünü әks edir.
Xoyslerin nәzәriyyәsi antik eposa vә qәdim fransız eposları-
na müvәffәqiyyәtlә tәtbiq olunurdu. Tamamilә güman etmәk
olar ki, birbaşa tarixi hadisәlәrin izi ilә yaranmış nәğmә әnәnәsi
qәhrәmanlıq epopeyasının әsasında durduğu hallarda inkişaf yo-
lu mәhz belә – lirik-dramatik xarakterli nәğmәdәn daha geniş vә
çevik epik tәhkiyәyә doğru olub. Lakin epik dastanın morfoloji
tәkamülünü izlәmәk mövcud materialın imkan verdiyi çox nadir
38