Page 41 - jirmunski
P. 41
Xalq qəhrəmanlıq eposu

dastanı – Qilfedinq, I, № 5). Oyrat, xalxo-monqol dastanlarında
vә bir çox yakut “olonxo”larındakı tәkrar “tur”lar daha mürәk-
kәb tipi tәmsil edir.

Sonrakı bioqrafik silsilәlәşdirmә dinlәyicinin bütövlükdә xalq
qәhrәmanının hәyatına marağı ilә izah olunur. Bu qәhrәmanın
epik bioqrafiyasının mühüm mәrhәlәlәrinin – onun doğuluşu-
nun, uşaqlığının vә ilk şücaәtinin (qәdim fransız eposunda “en-
fances”), bir sıra bahadır sәfәrlәrinin, onun evlәnmәsinin, bәzәn
isә ölümünün ardıcıl işlәnmәsini şәrtlәndirir; bu zaman ayrı-ayrı
dastanlar arasındakı ilkin tәzadlar mümkün olduqca zәiflәdilir vә
ya şüurlu olaraq yox edilir. Hazırda qәhrәmanın, qismәn elә hә-
min obrazların döyüş yoldaşlarının vә ya düşmәnlәrinin iştirakı
ilә bir sıra ardıcıl döyüş macәralarını nәql edәn qazax dastanları
(“Koblandı-batır”, “Yer-Tarqın”, “Yer-Sain”) belә bioqrafik sә-
ciyyә daşıyır.

Edda әnәnәsindәki Siqurd (Ziqfrid) haqqında nәğmәlәr dә
inkişafın bu mәrhәlәsindә dayanır. Bu nәğmәlәr onun faciәvi şә-
raitdә anadan olması (atasının ölümü), öz uşaqlığını meşәdә cırt-
dan-dәmirçinin yanında keçirmәsi, әjdaha ilә döyüşü vә dәfinә
tapması, atasının qisasını alması, yatmış gözәli yuxudan oyada-
raq onunla nişanlanması, qardaşlığı Qunteri әvәz edәrәk Brünhil-
daya elçi getmәsi vә onun aldadılmış Brünhildanın tәhrikiylә
qardaşlıqları tәrәfindәn öldürülmәsindәn söz açır. Qәdim island
“Volsunqlar haqqında saqa”sının tәrtibçisi (tәxminәn 1250-ci il-
lәr), island әcdadlarının saqa nümunәlәrinә uyğun olaraq, bu
nәğmәlәri şifahi epik әnәnә ziddiyәtlәrini aradan qaldırmağa sәy
göstәrәrәk bütöv bir bioqrafik roman şәklindә birlәşdirir; lakin
belә ziddiyyәtlәrin qalmasına baxmayaraq, Ziqfrid haqqında ay-
rıca nәğmәlәr bu әnәnәdә epik bioqrafiyanın hәlqәlәri kimi әv-
vәlcәdәn yaxınlaşmışdı.

Bir çox qәdim fransız epik dastanları (Oranlı Gilyom, Böyük
Karl vә onun qardaşı oğlu Roland haqqında) da, xüsusilә sonra-
dan prozaik roman kimi işlәnmәsi nәticәsindә silsilәlәşmәyә mә-
ruz qalmışdır. Sasunlu David haqqında ermәni vә Manas haqqın-
da qırğız dastanları da oxşar şәkildә inkişaf etmişdir.

Qәhrәmanın bir-biri ilә әlaqәli epik bioqrafiyasının yaran-
ması, onun öncәdәn xalq yaddaşında әks olunmuş igidliyi haq-

41
   36   37   38   39   40   41   42   43   44   45   46