Page 42 - jirmunski
P. 42
tor Jirmunski

qında (qәhrәmanlıq eposunda bir çox hallarda tarixi әsasa malik
idi) mәrkәzi epizodun yaranmasından daha sonrakı dövrә tә-
sadüf edir. Ona görә dә qәhrәmanın uşaqlığı, onun möcüzәvi do-
ğuluşu vә ilk şücaәti haqqında hekayәtlәrin yaranması daha son-
rakı dövrlәrә aiddir vә mәlum şablon biçimi ilә fәrqlәnirlәr. Belә
ki, breton markqrafı Rolandın Ronseval dәrәsindә mәğlubiyyәti
haqqında epik dastanın әsasında tarixi fakt durur (“Roland haq-
qında nәğmә”); Rolandın uşaqlığı (“Aspremont” poeması) fran-
sız eposunun digәr qәhrәmanlarının uşaqlığını (Böyük Karlın,
Ojye Danimarkalının, Haren de Monqlanın vә b.) xatırladan son-
rakı poetik uydurmadır. Edigey (İdigey) haqqında türk epik das-
tanlarının ilkin tarixi başlanğıcı kimi onun Teymurun (Sa-Temir)
iştirakı ilә Toxtamışla mübarizәsi götürülür; İdigeyin sehrli do-
ğuluşu vә onun uşaqlığı haqqında hekayәtlәr (çoban uşağın
müdrik mühakimәlәri) geniş beynәlxalq arealda yayılmış folklor
motivlәri әsasında yaradılıb vә xalq qәhrәmanı obrazının sonrakı
epik ideallaşdırılması vasitәsinә xidmәt edir (bax: sәh. 223 vә
s.). Otuz ilәdәk “hәrәkәtsiz oturan” rus bahadırı İlya Murometsin
sehrli şәkildә şәfa tapması haqqında hekayәtin әsasında başqa
qәbildәn olan folklor motivlәri dayanır. Vsevolod Miller inandı-
rıcı şәkildә qeyd edir ki, İlya haqqında bılinadakı belә bioqrafik
girişin әsasında XVIII әsrin sonlarına aid “olmuş hadisә” daya-
nır.86 Qәdimliyinә baxmayaraq, türk eposunun bütün qәhrәman-
larının bioqrafiyasında stereotip kimi tәkrarlanan sehrli doğuluş
motivlәri dә belә xarakterә malikdir.

Genealoji silsilәlәşdirmәyә aid nümunәlәr çoxdur. Söylәyi-
ciyә qәhrәmanın ilkin epizodik şücaәtlәrini әlaqәli bioqrafiya
şәklindә birlәşdirmәyi tәlqin edәn dinlәyici marağı sonradan bu
obraza qәhrәman әcdadlar, xüsusilә dә övladlar әlavә edir. Son-
radan onlar onun şan-şöhrәtinin, işinin davamçıları vә ya ölümünә
görә qisas alan qәhrәmanlar olurlar.

Fransız eposunun sonrakı “şaxәlәri” öz qәhrәmanlarını genealoji
prinsiplә birlәşdirir. Gәlәcәk Mömin Lüdovik-Böyük Karlın az-
yaşlı oğlunun qәyyumu (“Lüdovikin tacqoyma mәrasimi” poe-
ması), tarixi şәxsiyyәt olan Oranjlı Gilyomun Narbonnlu Emeri
adlı atası, Erno de Boland adlı babası, Haren de Monqlan adlı
ulu babası, nәhayәt, Akvitanlı Savari adlı ulu babasının babası
peyda olur. Gilyomun çoxsaylı qardaşları vә kiçikyaşlı qardaşı

42
   37   38   39   40   41   42   43   44   45   46   47