Page 45 - jirmunski
P. 45
Xalq qəhrəmanlıq eposu

kimi, başqasına hәsr edilimiş hәr hansı bir nәğmәyә daxil edә bi-
lәr. Ayrıca epik nәğmә-dastanın ilkin әsasında, adәtәn epik pad-
şahın sarayında bayram vә ya ziyafәt zamanı seçilmiş pәhlәvan-
ların asudә şәnlik mәqamında tәsviri durur. Ardınca hadisәlәrin
düyünlәnmәsi mәrhәlәsi gәlir – meydan oxuyan düşmәn elçisi
peyda olur vә qәhrәmanlardan biri bu çağırışı könüllü olaraq qә-
bul edir, yaxud qәhrәman igidlik göstәrmәk üçün (nişanlı dalın-
ca, düşmәnә qarşı vә s.) qarşıya çıxır. Yәqin ki, karolinq eposu
nümunәlәrinin tipik düyünlәnmә mәrhәlәsini qoruyub saxlamış
breton silsilәsindәn olan fransız cәngavәrlik romanlarında kral
Arturun vә “dәyirmi masa” cәngavәrlәrinin anoloji birliyi dә
Böyük Karl vә onun saray әyanları haqqında epik poemaların tә-
siri nәticәsindә әmәlә gәlmişdir. Karl, Vladimir, Canqar haqqın-
da poemaların ilkin şәraitinin oxşarlığı, oxşar ictimai münasibәt-
lәrin vә bu münasibәtlәri әks etdirәn bәdii obrazların mәntiqi in-
kişafından irәli gәlәn әdәbi inkişaf paralelizminin bariz nümunә-
sidir.

“Manas”da hәr iki silsilәlәşdirmә formaları qarşılıqlı әlaqә-
dәdir: nәhәng qırğız epopeyası baş qәhrәmanının hәyatını
bütövlükdә – onun doğulmasından tutmuş, bahadır elçiliyinә
yollanması, ilk şücaәti vә bir sıra yürüşlәrә çıxması, nәhayәt, fa-
ciәvi ölümünü tәsvir edir. Eyni zamanda Manas xanın dәstәsi,
onun “qırx bahadırı” (kırk çoro) vә ona tabe olan әyanlar әvvәl-
lәr müstәqil tayfa dastanlarının mәrkәzindә duran bir çox qәhrә-
manları da әhatә edir (bax: sәh.303 vә s.).

Orta әsrlәr alman eposunda dövri mәrkәzlәşdirmә meyillәri
daha az dәrәcәdә yer almışdır. Ziqfrid vә burqundlar – Nibe-
lunqlar haqqında frank nәğmәlәri (reyn silsilәsi), Ditrix vә Er-
manarix haqqında dastanlar (dunay silsilәsi) vә tәcrid olunmuş
digәr bir çox hekayәtlәr (“Kudruna”, “Kral Roter” vә ya lom-
bard adlı silsilәdәn Ortnit, Xuq-Ditrix vә Volf-Ditrix haqqında
poemalar) XII–XIII әsrlәrdә dә epik dastanların qәdim tayfa
mәnşәli ziddiyyәtlәrlә bağlı öz müstәqilliklәrini saxlayır. Eposda
bu birliyin olmaması siyasi cәhәtdәn parçalanmış orta әsrlәr Al-
maniyasında ümumxalq birliyinin olmamasının xarakterik nәti-
cәsidir. Biz tәcrid olunmuş dastanların qovuşmasının yalnız ilkin

45
   40   41   42   43   44   45   46   47   48   49   50