Page 33 - jirmunski
P. 33
Xalq qəhrəmanlıq eposu

xüsusiyyәtlәr) öz mәnşәyi etibarilә qәhrәmanlıq eposundan qә-
dimdir vә nağıla, yaxud nağıla yaxın olan mifoloji tәsәvvürlәrә,
adәt-әnәnәlәrә, inanclara vә ya uzaq keçmişin ictimai münasi-
bәtlәri dövrünә aiddir. İctimai inkişafın daha sonrakı mәrhәlәsi-
nә aid qәhrәmanlıq eposunda bu motivlәr artıq qәdim dünyagö-
rüşü ilә әlaqәsini itirir vә uzaq epik keçmişә aid edilәn qәhrәma-
nın monumental bәdii ideallaşdırılmasının vә qәhrәmanlıq süje-
tinin vasitәsinә çevrilir.

Yuxarıda qeyd edildiyi kimi, müxtәlif xalqların qәhrәmanlıq
eposunun oxşarlıqları bununla mәhdudlaşmır. Onun qәhrәman-
larının obrazları vә epik süjetlәrin inkişafında bu obrazların oy-
nadığı әnәnәvi rollar da tipik xarakter daşıyır. Qәbilә nifaqları,
xalqların köçü, dövlәtlәrin yaranması vә ardınca yadelli işğalçı-
lara qarşı müstәqillik uğrunda xalqların mübarizәsi zamanı yara-
nan qәhrәmanlıq eposu xoş әmәllәr sahibi olan insanı ideal pәh-
lәvan, mәrd, cәsarәtli, son dәrәcә güclü bahadır obrazında görür.
Doğmalarının, xalqının vә vәtәninin müdafiәçisi rolunda çıxış
edәn bu bahadır tәkbaşına qorxunc düşmәnә qalib gәlir vә ya yad-
elli işğalçıların saysız-hesabsız qoşunlarını mәhv edir. Eposda
kişi gözәlliyinin vә gücünün ideal tәcәssümü olan bahadıra qәh-
rәman siması verilir. Fantastik mübaliğәli daha qәdim bahadırlıq
nağılından fәrqli olaraq, eposda insanın qәhrәman siması veril-
miş möhtәşәm fiziki görüntüsü tәdricәn xoşәmәlli, comәrd qәh-
rәmanın monumental miqyası ilә әvәzlәnir.

Öz qәhrәmanını doğma yurdunun igid müdafiәçisi kimi tәs-
vir edәn epos bahadırı ölkә sәrhәdlәrini yadellilәrdәn qorumağa,
keşik çәkmәyә göndәrir; qәhrәman bahadırın keşik çәkmәyә get-
mәsi motivi hәm rus bılinalarından, hәm monqol-oyrat eposun-
dan, hәm dә “Alpxartanın ölümü” orta әsr alman dastanından
(XIII әsr) mәlumdur. Orta әsr әrәblәrinin “Әntәrә” dastanının
tәdqiqatçısı burada “Roland haqqında nәğmә” ilә oxşar situasi-
yanın olduğunu qeyd edir vә bu oxşarlığın “heyrәt” doğurduğu-
nu söylәyir: düşmәn qoşunlarının mühasirәyә aldığı әrәb bahadı-
rı qılıncı yağının әlinә keçmәsin deyә onu Roland kimi qayaya
çırpır, ancaq qılınc sınmır, әksinә, qayanı parçalayır.77 Dağ gәdi-

33
   28   29   30   31   32   33   34   35   36   37   38