Page 35 - jirmunski
P. 35
Xalq qəhrəmanlıq eposu

lә qadın qәhrәmanlardandır. Әdalәtli, xeyirxah, müdrik vә qay-
ğıkeş qәhrәman anası obrazı da yuxarıda qeyd etdiyimiz arvad
obrazına yaxındır. Demәk olar ki, hәmişә bu dul qadın qәhrәma-
nın atasını әvәz edir: Dobrınya Nikitiçin anası “namuslu dul qa-
dın Amalfa Timofeyevna”, cәnubi slavyan eposunda Marko Kra-
leviçin anası vә daimi mәslәhәtçisi Yefrosinya, qәdim fransız
eposunda (“Emonun oğulları”) Reno de Montobanın vә onun
sürgün edilmiş üç qardaşının anası, qırğız epopeyasının ikinci
hissәsindә Manasın dul arvadı vә Semeteyin anası Kanıkey belә
qadınlardır.

Epik hökmdarın dәstәsindә müdrik vә tәdbirli mәslәhәtçisi, vas-
sallarından böyük, öz xarakteri vә rolu etibarilә Homerin “İliada”sın-
dakı müdrik qoca Nestoru xatırladan obraz da seçilir. Böyük
Karl vә әyanlarından bәhs edәn qәdim fransız eposundakı hersoq
Bavariyalı Nem, Manasın, onun oğlu Semeteyin vә nәvәsi Sey-
tekin qohumu vә silahdaşı müdrik Bakay, “Canqarnamә”dә Al-
tan-Seci vә “Sasunlu David”dә ermәni bahadırlarının üç ayrı-ay-
rı nәslinin “dayısı” Keri-Toros bu qәbildәndir. Gәnc vә tәkәbb-
ürlü qәhrәman – davakar, öz cәsarәti vә sәbirsizliyi ilә ixtilafa vә
ümumi işin mәhvinә gәtirib çıxara bilәcәk başqa bir obraz bu ob-
raza qarşı qoyulur: Ditrix Hildebranddan bәhs edәn alman epo-
sunda onun drujinasının Nibelunqlarla döyüşdә mәhvinә sәbәb
olan Volfxart-Xildebrandın qardaşı oğlu, “Manas”da qәzәbli Çu-
bak (Onun Almambetlә münaqişәsi Beycinin “böyük yürüşü”nün
әn maraqlı epizodlarından biridir) bu tip obrazlardır.79

Qәhrәmanlıq eposunda zülmkar düşmәn bahadırları da oxşar
cizgilәrlә tәsvir olunur: bunlar qәdim fransız eposundakı nәhәng
sarasinlәr, rus bılinalarındakı tatarlar, cәnubi slavyan yunak nәğ-
mәlәrındәki “araplar”, Orta Asiya xalqlarının dastanlarındakı
kalmıklardır. Onlar qrotesk-karikatura sәciyyәli nәhәng, yöndәm-
siz, qeyri-adi dәrәcәdә güclü, kobud vә qarınquludurlar, fiziki
üstünlüklәri etibarilә mәğlubedilmәz kimi görünsәlәr dә, nәticә-
dә mәğlubiyyәtә dözmәli olurlar. İncildә tәsvir olunan nәhәng
Qoliaf nәcib insani siması, gücü vә gözәlliyi ilә xalq idealına uy-
ğun gәlәn qәhrәman çoban David ilә tәkbәtәk vuruşmada belәcә
mәğlub olur.

35
   30   31   32   33   34   35   36   37   38   39   40