Page 30 - jirmunski
P. 30
tor Jirmunski

Volsunqların vә Siqurdun mifoloji әcdadı) uzunsaqqallı qoca ob-

razına girәrәk gәnc pәhlәvana kömәk edir.
Qoca ilxıçının (vә ya gәnc qәhrәmanın hamisi rolunda çıxış

edәn başqa bir qocanın) iştirakı ilә atın tutulması vә suvarıldığı
yerdә sınağa çәkilmәsi ilә bağlı analoji motivlәri biz dәfәlәrlә
türk xalqlarının nağıllarında müşahidә edirik. Burada atın sınan-
ması da oxşar sәciyyә daşıyır (onun quyruğundan tutub suya
atırlar).66 Ziqfrid haqqında dastanda qәdim bahadırlıq nağılına
aid bir sıra motivlәrlә yanaşı bu motiv dә saxlanmışdır.

Mifdә vә mif elementlәrini özündә ehtiva edәn nağılda atlar
çox vaxt qanadlı olur.67 Qәdim yunan dastanlarında yarımifik
qәhrәmanlar Persey vә Bellerofontun qanadlı atları vardı; antik
әnәnәni davam etdirәn xristian әfsanәsindә әjdahaya qalib gәl-
miş müqәddәs Georginin dә qanadlı atı olduğu söylәnilir. Türk
xalqlarının qәhrәmanlıq eposu “tulpar” adlı qanadlı at obrazını
saxlamışdır. Alpamışın sehrli atı Bayçibar da qanadlı tulpardır:
xalq qәhrәmanı Koroğlunun(Goroğlu) mәşhur atı Qırat da qa-
nadlıdır. Bundan başqa, Qırat göldәn (vә ya dәnizdәn) çıxmış su
atıdır.68 Atın qanadları qoltuğunun altındadır, yaşıl rәngdәdir,
uzunluğu “üç arşın yarım”dır, bahadır atı çapanda qanadlar açı-
lır, “Alpamış”dakı at yarışması (bayqi) epizodunda olduğu kimi,
qaçış sehrli uçuşa dönür.69

Ermәni eposunda oxşar qanadlı sehrli at obrazı Sasun baha-
dırlarının başçısı Sanasarın dәnizin dibindәn şimşәk qılıncla bir-
gә çıxartdığı, sonradan nәvәsi Sasunlu Davidә keçәn Cәlalidir.70

Cәnubi slavyan xalqlarının eposundakı voyevoda Momçila-
nın (“Kral Vukaşinin evlәnmәsi”) sehrli atı Yaboçilo da qanadlı-
dır. Vuk Karaciçin bu nәğmә haqqında qeydlәrindә (II T., № 24)
deyildiyi kimi, xalq rәvayәtinә görә, bu at su atıdır: o, “bir göldә
yaşayan” qanadlı madyandan törәyib. Slavyan xalqlarının epo-
sunda qanadlı atlara rast gәlinmir. Ona görә dә, ola bilәr ki, bu
motiv çox da qәdim deyil vә bu dastana bütün Yaxın Şәrqdә
mәşhur olan qәhrәman Koroğlunun qanadlı su atı – türk xalqları-
nın epik dastanlarındakı qanadlı tulparlardan biri olan Qıratın tә-
siriylә daxil olmuşdur.

Nağıl fantaziyasının arxaik elementlәrinin zәiflәmәsi ilә,
qәhrәmanlıq eposunda atla quşun ilk baxışda bir-birinә oxşadıl-
ması, bir qayda olaraq, rasionallaşdırılır vә mәsәlәn, türk xalqla-

30
   25   26   27   28   29   30   31   32   33   34   35