Page 28 - jirmunski
P. 28
tor Jirmunski

bahadırla bir gündә anadan olub. Bәzәn hәr ikisinin doğulmasına
sehrli haminin qәhrәmanın atasına bağışladığı sehrli alma sәbәb
olur; almanın qabığı vә ya özәyi madyana çatır vә ondan bahadı-
rın gәlәcәk atı doğulur.

Nağıl at obrazında qәhrәmanın sehrli kömәkçisi kimi qәdim
totem inanclarına әsaslanan insanın sehrli kömәkçisi kimi vәhşi
heyvan haqqında mifoloji tәsәvvürlәrlә uzaq әlaqәlәri qoruyub
saxlayır. Tipoloji cәhәtdәn sonrakı qәhrәmanlıq eposunda bu na-
ğıl motivlәri xeyli zәiflәyir, ancaq bahadırın әsas kömәkçisi vә
dәyişmәz yolyoldaşı kimi bahadır atının ideallaşdırılması ele-
menti olaraq saxlanılır.

At nәinki öz sahibinin dediyini anlayır, onun özü dә insan ki-
mi danışmağı bacarır: Homerin “İliada”sında olduğu kimi, rus
bılinalarında vә şahzadә Marko haqqında serb nәğmәlәrindә bu
qәdim motiv qorunub saxlanmışdır.59 At yaxınlaşan tәhlükә haq-
qında qәhrәmana xәbәr verir, ayaqlarını yerә döyәrәk bahadır
yuxusuna getmiş qәhrәmanı oyadır; bu moitv dәfәlәrlә qәdim
fransız eposunda da tәkrarlanır, ona görә dә adәtәn hesab edirlәr
ki, fransız tәsiri altında bu motiv almanların Volfditrix haqqında
eposuna keçmişdir;60 ancaq biz bu motivlәri Firdovsinin “Şahna-
mә”sindә, özbәk eposunda (“Gündüz vә Yulduz”, “Mәlaikә
Ayar”) vә Firdovsinin tәsiri istisna edilәn arxaik Altay bahadırlıq
nağılı “Alıp-Manaş”da da müşahidә edirik. O, qәhrәmana düşmә-
nә qalib gәlmәkdә kömәk edir vә ya yaralanmış bahadırı döyüş
meydanından çıxarır. Fransız eposundakı Reno de Montobanla
onun atı Bayardın hәssas dostluğu ilә “Şahnamә”dәki Rüstәmlә
Rәxşanın, cәnubi slavyan nәğmәlәrindәki Marko Kraleviçlә Şa-
rasın, rus bılinasındakı İvan Qostinıy ilә Burkonun, türk xalqları-
nın epik dastanlarındakı Alpamışla Bayçibaranın, Koroğlu ilә
Qıratın, kalmık eposu “Canqarnamә”dә Canqarla Rıjkonun, Xon-
qorla qonur Lıskonun, akademik B.Y.Vladimirtsovun qeydә al-
dığı monqol-oyrat dastanlarında Bum-Erdeni ilә “dağ boyda zi-
rәk boz Lısko”nun dostluqları arasında müqayisә aparmaq olar.
Ona görә dә Şaras insan diliylә danışırsa vә ya Markın yaxın
ölümünü duyaraq insan kimi göz yaşı tökürsә, bu, o demәk deyil

28
   23   24   25   26   27   28   29   30   31   32   33