Page 24 - jirmunski
P. 24
tor Jirmunski

gәr nartların qәhrәmana xaincәsinә atdığı sehrli janşarx (kәsici
dişlәri olan polad çarx) Sosrukonun bu zәif yerinә dәyәrәk onu
mәğlub edir.45

Qәhrәmanın “şәrti zәif yeri” onun nağılvari mәğlubedilmәz-
liyi ilә bağlı tәsәvvürü ölümü haqqında hekayәtlә birlәşdirәn
sonrakı motivdir.

Әgәr “Mifoloji mәktәb” hәlә dә mәğlubedilmәzlik motivini
(Axilles – Ziqfrid) ümumi hind-Avropa mirası kimi nәzәrdәn ke-
çirirsә, onda çoxsaylı şәrq (türk vә monqol) paralellәri burada
qәhrәmana möcüzәvi, sehrli özәlliklәr verәn daha әhatәli epik
dünyagörüşün cizgilәrinin olduğunu görmәyә imkan verir.

Bu motivin sonradan rasionallaşdırılması qәhrәmanın mәğ-
lubedilmәzliyinin qeyri-adi döyüş geyimi ilә izah edilmәsidir.
Belә bir geyimi “oxbatmaz ipәk olpoku” Manas geyinir. Radlo-
vun variantında müq.et: “Onun ağ” (yәni polad) “zirehini (akol-
pok) tüfәng güllәsi deşә bilmәz”.46 Ona görә dә kalmık bahadırı
Konurbay Manası yalnız bir satqının kömәyiylә öldürә bilir: sat-
qın ona xәbәr verir ki, mәğlubedilmәz qәhrәmanı açıq döyüşdә
mәğlub etmәk mümkün deyil, onu yalnız sәhәr namazı vaxtı
(dәstәmaz alarkәn) köynәkdә vә ayaqyalın vәziyyәtdә yaxala-
maq lazımdır. Konurbay bu mәslәhәti eşidir vә Manası zәhәrlәn-
miş silahla ölümcül yaralayır.

Bu satqınlıq motivinin başqa formasına qazaxların “Koblan-
dı-batır” dastanında rast gәlinir. Burada kalmık xanı Kobıktı “nә
tüfәng, nә qılınc, nә dә nizә ilә deşilmәyәn” “doqquzqatlı ağ zi-
reh” gәzdirir. Ancaq bu zirehin qarın hissәsindә dörd düymә
(halqa) çatmır. Qazax bahadırını sevәn xan qızı Karlıqa Kobıktı-
nın bu zәif sirrini ona nişan verir vә Koblandı öz bahadır oxu ilә
düşmәni mәhv edir.47 “Koblandı”nın bәzi variantlarında bu mәş-
hur motiv ikilәşdirilir: Kobıktının dәmir geyimdә yenilmәz olan
oğlu Birşim-bay qazax bahadırı ilә döyüşdә buna bәnzәr şәkildә
hәlak olur; Karlıqa özü dә namәrdcәsinә qardaşının peysәrinә
zәrbә endirәrәk onu öldürür.48

Qәhrәmanlıq eposu bahadırın silahlanmasına vә atına çox
diqqәt yetirir.

German vә qәdim fransız eposunda mәşhur qәhrәmanların
qılıncı xüsusi ada malikdir. German eposunda Ziqfridin qılıncı

24
   19   20   21   22   23   24   25   26   27   28   29