Page 22 - jirmunski
P. 22
tor Jirmunski
ilә tәlqin olunmur. Xüsusәn dә Şәrqdә döyüş yaşının aşağı olma-
sını inisiasiya mәrasimlәri, vәtәndaş vә nikah yetkinliyi yaşı da
tәsdiqlәyir. Burada müstәsna döyüş bacarıqları hәlә uşaqlıq ça-
ğında üzә çıxmalı olan xalq qәhrәmanının epik ideallaşdırılması-
nın ümumi prinsipi daha önәmlidir.38 Tipoloji cәhәtdәn daha qә-
dim şәrq (monqol) epik dastanları adaxlı axtarışına çıxan üç yaşlı
Bum-Erdeninin döyüş şücaәtlәrindәn söz açmaqla, bu motivә
üstәlik nağılvari mübaliğә dә artırır. Orta әsrlәr Qәrbi Avropa
roman vә german eposunda belә nağıl xüsusiyyәtlәri artıq xeyli
zәiflәyir vә öz yerini gәnc pәhlәvanın qәhrәmanlıq coşqusunun,
qeyri-adi fiziki gücünün daha real boyalarla tәsvirinә verir.
Sehrli mәğlubedilmәzlik epik qәhrәmanı nağıl qәhrәmanı ilә
doğmalaşdıran möcüzәvi xüsusiyyәtlәrә aiddir.39
Türk eposunun әksәr qәhrәmanları, qәdim türk vә monqol
bahadırlıq nağıllarında olduğu kimi, öz mәğlubedilmәzliyi ilә
fәrqlәnirlәr. Özbәk eposunda Alpamış haqqında deyilir: “Onu
oda atsan, yanmaz, qılınc vursan, qılınc batmaz, tüfәngdәn atәş
açsan, güllә götürmәz”. Kalmıklar bahadır yuxusuna getmiş
özbәk pәhlәvanına namәrdcәsinә hücum çәkib onun bütün dәstә-
sini qılıncdan keçirirlәr, ancaq nә od, nә qılınc, nә dә güllәnin zә-
rәr verә bildiyi yatmış qәhrәmana nәsә edә bilmirlәr; onu elә
yatmış halda әl-qolubağlı zindana atırlar.40
İslamın tәsirindәn sonra Alpamışın bu sehrli xüsusiyyәti
müqәddәs xәlifә Әlinin körpәnin çiyninә “beş barmağı” ilә öz
möhürünü qoyaraq әlini toxundurması ilә izah edilir. Xristian әf-
sanәsi dә “bütpәrәst”lәrin әbәs yerә öldürmәyә çalışdıqları din
qәhrәmanlarının sehrli mәğlubedilmәzliyini belә izah edirdi. Bu-
nunla belә, tarixi-tipoloji cәhәtdәn bu süjetin daha arxaik forma-
sını tәqdim edәn altayların “Alıp-Manaş” bahadırlıq nağılında
(bax: aşağıda sәh. 213), özbәk eposunda da olduğu kimi, hәmin
situasiya daha arxaik vә nağıl formasında qorunub saxlanmışdır.
Yetmiş düşmәn bahadırı gecә-gündüz dincәlmәdәn yatmış pәh-
lәvanı ox atәşinә tutur. “Onların atdığı oxlar Alıp-Manaşın qal-
xanına dәyәrәk ot kimi әyilirdi”. Ak-kan öz bahadırlarına yatmış
qәhrәmanın boynunu polad qılıncla üzmәyi, sinәsini altı sajen
böyüklüyündә qılıncla doğramağı әmr edir. “Ak-kan bunu deyib
22