Page 17 - jirmunski
P. 17
Xalq qəhrəmanlıq eposu

vürlәri ilә münaqişәyә girmәli idi. Köhnә vә yeni tәsәvvürlәrin
belә qarşıdurmasını günәş şüasından mayalanmış ananın hәyata
gәtirdiyi Çingizxan haqqında qazax dastanı açıq göstәrir. Kiçik
qardaşları gәnc qәhrәmanı qanunsuz (әsilsiz, atasız) övlad kimi
ittiham edәrkәn, Çingizxan öz oxunu günәş şüasından asır20 vә
belәliklә, özünün hökm etmәk hüququnu sübuta yetirir.

Roland tipli cәngavәrlәr üçün sudan vә ya almadan doğulma,
çәtin ki, әsil-nәcabәt mәsәlәsi kimi nәzәrdәn keçirilә bilәrdi vә
Çingizxan haqqında әfsanәdә olduğu kimi, çox asanlıqla şübhә-
lәr doğurardı. Buna uyğun olaraq, feodal dövründә epik qәhrә-
manın möcüzәvi mayalanması motivinin yerini digәr yeni mo-
tivlәr tutur. Bunlar daha müasir tәsәvvürlәrә әsaslanır, lakin özü-
nün yeni romantik qәhrәman formasında qәhrәmanın dünyaya
müstәsna şәraitdә gәlişi motivini qoruyub saxlayır. Fransız cәn-
gavәrlik eposunda (onu “cәngavәrlik romanı” da adlandırırlar)
Tristan, Lanselot vә Perseval faciәvi vә kәdәrli şәraitdә dünyaya
gәlirlәr – onlar feodal çәkişmәlәrindә vә ya döyüş yarışında hә-
lak olmuş atanın ölümündәn sonra sürgün edilmiş anadan doğu-
lurlar. “Tristan” orta әsrlәrdә yaşamış namәlum fransız şairinin
etimoloji yozumuna görә, fransızca “triste” (qәmgin, qüssәli, kә-
dәrli) sözündәndir vә “qәm içindә doğulan” anlamı verir.

Bu bәnzәrliklәr qәdim epik qәhrәmanlara da aid edilir: bu
motivlәrә atası Siqmund Hundinqin oğulları ilә döyüşdә hәlak
olmuş gәnc Siqurd (Ziqfrid), Rolandın uşaqlığı (enfances) haq-
qında “Edda” dastanında (Roland Böyük Karlın bacısı oğludur.
Onun valideynlәri, bacısının әsli-soyu olmayan bir cәngavәrә
könül bağlamasından qәzәblәnmiş imperator tәrәfindәn sürgün
edilmişdi) da rast gәlmәk olar.21 “Perseval”da vә “Lanselot”da
belә giriş ilkin situasiyanın folklor mәnşәli motivasiyası rolunda
çıxış edir. Bu motivasiya elementi hәmin cәngavәrlik romanları-
na qәdim nağıl әnәnәsindәn keçib: Siqurd-Ziqfrid haqqında söylә-
nilәn german dastanlarında deyildiyi kimi, öz adından vә soyun-
dan xәbәrsiz olan qәhrәman öz uşaqlığını tәnhalıqda, meşәdә ke-
çirir (Perseval) vә ya onu gölün dibindә pәri böyüdür (Lanselot).
Bahadırlıq nağılının başqa bir qәdim motivi dә var: yetim qalmış

17
   12   13   14   15   16   17   18   19   20   21   22