Page 15 - jirmunski
P. 15
Xalq qəhrəmanlıq eposu
tәbin “komparativist”lәri tәrәfindәn kәskin etirazlarla qarşılan-
mış әsassız vә fantastik işlәrindә15 görmәk olar. Digәr hallarda
müqayisәlәr tarixi-tipoloji tәhlillәr üçün faydalı materiallar ve-
rir: Pio Raynın fransız eposundan topladığı, guya german әsilli
hesab edilәn “epik şablonlar” (moldi epici) – qәhrәmanın ilk sә-
fәri, qardaşlaşma, döyüşdәn qabaq özünütәrif, gәlәcәkdәn xәbәr
verәn yuxular, qәhrәmanın qılıncı, döyüş atı – hәqiqәtәn, istәr
Qәrb, istәrsә dә Şәrq eposunun geniş yayılmış şablonlarıdır.
Türk-monqol xalqlarının “çöl epos”ları ilә rus bılinalarının ox-
şarlığı üzәrindә V.V.Stasovun, xüsusilә dә knyaz Vladimir, İlya
haqqında olan rus bılinaları ilә Firdovsinin “Şahnamә”sindәki
Rüstәm haqqında rәvayәtlәr silsilәsi arasındakı oxşarlıqlar üzә-
rindә Vsevolod Millerin müşahidәlәri bir çox hallarda inandırıcı
görünür, ancaq bunlar tәsir kimi deyil, tipoloji uyğunluqlar kimi
inandırıcıdır.
Müxtәlif xalqların qәhrәmanlıq eposları arasındakı oxşarlıq-
lar, bir qayda olaraq, ilk baxışdan tәdqiqatçı-komparativistlәrin
diqqәtini cәlb edәn bu vә ya digәr tәhkiyә elementlәrinin zahirәn
üst-üstә düşmәsiylә mәhdudlaşmır. Onlar daha dәrin vә hәrtәrәfli
xarakter daşıyır vә eposun ümumi janr xüsusiyyәtlәrini, onun
ideya mәzmununu, xalq qәhrәmanlarının döyüş gücünü ideallaş-
dıran epik motiv vә süjetlәrin әhatәsini, surәtlәrin tipini vә dav-
ranış situasiyalarını, janr quruluşunu vә onun tәkamülünü, epik
üslub ilә onun formullarının, tәkrarlanmalarının, daim “bәzә-
yәn” epitet vә qarşılaşdırmalarının özәlliklәrini vә nәhayәt, epik
nәğmәlәrın ictimai yaşam şәraitini, onların yaranmasını, ifa edil-
mәsini vә şifahi yolla ötürülmәsini, qәbilә, drujina vә ya xalq
ifaçısının, peşәkar, yaxud yarıpeşәkar söylәyicinin (aeda vә ya
rapsoda, jonqlyor vә ya şpilman, baxşı vә ya aşıq) sosial duru-
munu vә s., yәni, әslindә, epik yaradıcılığı poeziyanın inkişafı-
nın müәyyәn mәrhәlәsi kimi sәciyyәlәndirәn bütün daxili vә za-
hiri xüsusiyyәtlәrin mürәkkәb kompleksini әhatә edir.
Belәliklә, bütün qәhrәmanlıq eposlarının әsas iştirakçısı
döyüşçü-bahadırdır. Akademik B.Y.Vladimirtsovun düzgün qә-
naәtinә görә, o, “xalq ruhunun, xalqın arzu-dilәklәrinin”16 ifadә-
çisi rolunda çıxış edir. Bu qәhrәman fövqәlbәşәri gücә malikdir,
döyüş şücaәtlәri göstәrir, onun tükәnmәz enerjisi var, azadlıq
15