Page 11 - jirmunski
P. 11
Xalq qəhrəmanlıq eposu

istiqamәtinin, tәxәyyülün analoji obrazlarının olduğu yerә me-
yillәnir. Belәliklә, “alınma” nәzәriyyәsi “әsaslar” nәzәriyyәsini
törәdir vә әksinә”3.

Eyni zamanda hәr bir әdәbi tәsir götürülmüş nümunәnin so-
sial transformasiyası ilә, yәni onun bu vә ya digәr dәrәcәdә dә-
rindәn işlәnmәsi, ictimai inkişafın milli özәlliklәri vә hәmin icti-
mai sinfin sosial praktikasına uyğunlaşdırılması ilә әlaqәlidir. Bu
yenidәn işlәnmәnin istiqamәti hәm dә milli әdәbi әnәnәnin xa-
rakteri ilә şәtrlәnir. Konkret әdәbi tәsir hadisәsini tәdqiq edәn
әdәbiyyat tarixçisi üçün fәrqlәrin xüsusiyyәti vә onların sosial-
tarixi şәrtlәnmәsi oxşarlıq mәsәlәlәrindәn heç dә az әhәmiyyәt
kәsb etmir.

Bununla bağlı K.Marksın klassik fransız faciәsi haqqında
mәlum fikrini xatırlayaq. O yazırdı ki, fransız dramaturqlar “yu-
nanları mәhz öz sәnәtlәrinin tәlәbatı müstәvisindә qavrayırdılar
vә ona görә dә Dasye vә digәrlәri Aristoteli düzgün şәrh etdik-
dәn sonra da hәlә uzun müddәt “klassik” dram qavramına üstünlük
verirdilәr”4.

Hәr bir әdәbi tәsir, artıq qeyd etdiyimiz kimi, özünәuyğun
“qarşılıqlı cәrәyanlar”ın mövcud olması ilә meydana gәldiyi
üçün konkret әdәbi-tarixi tәhlil zamanı tipoloji oxşarlıqlarla bey-
nәlxalq qarşılıqlı әdәbi tәsirlәr arasındakı sәrhәdi heç dә hәmişә
dәqiq tәyin etmәk mümkün olmur. Biz, ümumiyyәtlә, dünyagö-
rüşünün, әdәbi istiqamәtlәrin, janr vә üslubların daha geniş vә
ümumi uyğunluqlarının mövcud olduğu tәqdirdә, burada analo-
giya vә oxşarlıqların olmasını düşünmәyә meyilli olduğumuz
halda, daha spesifik xarakter daşıyan tәsadüflәri (xüsusilә süjet
mәsәlәlәrindә), alınma vә ya ümumi mәxәzlәrdәn bәhrәlәnmә
ilә izah etmәyә üstünlük veririk. Әslindә isә çoxsaylı nümunә-
lәrdә dә görәcәyimiz kimi, oxşar sosial şәrtlәrin әsas olduğu
ümumi әdәbi inkişaf tәmayüllәri çox vaxt süjet xarakterli xüsusi
uyğunluqlara gәtirib çıxarır.

A.N.Veselovski özünün tamamlanmamış “Süjetlәrin poeti-
kası” әsәrindә tәhkiyәnin oxşar elementlәrinә şamil oluna bilә-
cәk alınma ehtimalları barәdә mәsәlә qaldırmağa cәhd edib.5 Ve-
selovski sadә tәkhәdli tәhkiyә vahidi kimi “motiv”i vә bu cür va-
hidlәrin çoxhәdli, mürәkkәb kombinasiyası kimi “süjet”i bir-

11
   6   7   8   9   10   11   12   13   14   15   16