Page 8 - jirmunski
P. 8
la V.Jirmunski bizlәrә qәdirşünaslıq nümunәsi göstәrir, bu
gün aramızda yaşayan el sәnәtkarlarının böyük bir әnәnә vә mә-
dәniyyәt daşıyıcısı olduğunu bir daha yadımıza salır.

Dastan ifaçıları barәdә tәsәvvürün inanclar sistemindәn gәl-
diyini xüsusi vurğulayan V.Jirmunski baxşıları şamanlara bәnzә-
dir, şamanlar kimi baxşıların da vergili adamlar olması vә ilahi
missiya yerinә yetirmәsi ilә bağlı arxaik düşüncәlәri xatırlatmağı
vacib bilir. Şifahi söz sәnәtindә özünә möhkәm yer tutmuş bu ar-
xaik düşüncә tәrzinin sonradan yazılı әdәbiyyata keçmәsindәn
danışarkәn V.Jirmunski türkmәn şairi Mәhdimqulunun dini müqәd-
dәslәrә, rus şairi Puşkinin muzalara üz tutması, hәr iki sәnәtkarın
öz ilhamını ilahi mәnşәyә bağlaması faktlarına nәzәr salır. Bu ki-
mi faktların bizim şifahi vә yazılı sәnәtimiz üçün dә sәciyyәvi
olmasını, “soy soylayan, boy boylayan” Dәdә Qorqudun hәm dә
bir övliya olub gәlәcәkdәn dürlü xәbәrlәr vermәsini ayrıca xatır-
latmağa ehtiyac görmәdәn yazını bir mәsәlәyә ötәri toxunmaqla
tamamlamaq istәyirәm. Ötәri toxunmaq istәdiyim mәsәlә şairli-
yin Allah vergisi olmasının bu gün bayağı şәkildә dilә gәtirilmә-
sidir. Hәrdәn “Şeiri necә yazırsınız?” sualına şairin cavabı belә
olur: “Mәn şeirin üstündә düşünüb-daşınmıram, şeir gәlir, otu-
rub birnәfәsә yazıram”. Bir yox, iki yox, neçә-neçә şairin dilin-
dәn bu sözlәri eşidib fikrә gedirsәn: doğrudanmı şeir yazmaq be-
lәcә su içmәk kimi asan bir işdir? Әlbәttә, şeir yazmaq asan iş
deyil vә Allah vergisi saydığımız istedad ağır zәhmәt dediyimiz
bir xәmirlә yoğurulmasa, әsl şeirin yaranmasından söhbәt gedә
bilmәz. Bu fikir, tәbii ki, tәrcümәçilik sәnәtinә dә aiddir. “Xalq
qәhrәmanlıq eposu”nun tәrcümәsi istedad vә gәrgin әmәk hesa-
bına başa gәldiyinә görә rahat oxunur vә aydın başa düşülür.

Muxtar Kazımoğlu (İmanov)
AMEA-nın hәqiqi üzvü

8
   3   4   5   6   7   8   9   10   11   12   13