Page 9 - jirmunski
P. 9
Xalq qәhrәmanlıq eposu

Müqayisәli-tarixi oçerklәr

ŞӘRQ VӘ QӘRB ӘDӘBİ ӘLAQӘLӘRİ,
EPOSUN İNKİŞAFI

1

Әdәbiyyatın müqayisәli tarixinin әsasını bәşәriyyәtin ümu-
mi sosial-tarixi inkişaf prosesinin birliyi vә qanunauyğunluğu
tәşkil edir. İstehsal qüvvәlәri vә istehsal münasibәtlәrinin oxşar
durumu ilә şәrtlәnәn feodalizm dövrü ictimai-siyasi münasibәt-
lәrinin Avropanın uzaq qәrbindә, mәsәlәn, Orta Asiyada (mülkә-
darlığın feodal formalarının, xırda sәnәtkarlığın inkişafı vә s.) ti-
poloji oxşar (bütün fәrqlәrlә yanaşı) cәhәtlәri aşkar olunduğu ki-
mi, ideoloji sahәdә dә sәnәt, o cümlәdәn bәdii әdәbiyyat, reallı-
ğın әyani dәrki kimi, ictimai inkişafın eyni mәrhәlәlәrindә son
dәrәcә әhәmiyyәtli (zәruri yerli fәrqlәrlә yanaşı) tipoloji analogi-
yalar tәqdim edir.

V.İ.Lenin “ümumelmi tәkrarlanma kriteriyası”, “müxtәlif
ölkәlәrin ictimai hadisәlәrindә tәkrarlanma vә doğruluğun” sosial
hadisәlәrә tәtbiqinin mümkünlüyü haqqında danışarkәn, mәhz
bunu nәzәrdә tuturdu.1

Vaxtilә rus sosioloq-subyektivistlәrinin, hazırda isә әksәriy-
yәt etibarilә xarici burjua sosiologiyası tәmsilçilәrinin, bir qayda
olaraq, tarixi inkişafın bütövlüyü vә qanunauyğunluğu prinsipi
ilә yanaşı, inkar etdiyi bu reallıq, V.İ.Leninin qeyd etdiyi kimi,
ilk dәfә Marksın ictimai-iqtisadi formasiyalar haqqında tәlimin-
dә elmi şәkildә әsaslandırılıb.

Ancaq müxtәlif xalqların әdәbiyyatlarında tarixi oxşar hadi-
sәlәrin konkret müqayisәli tәhlili zamanı әdәbi prosesin tipoloji
oxşarlıqları mәsәlәsi, istәr-istәmәz heç dә az әhәmiyyәtli olma-
yan beynәlxalq qarşılıqlı әdәbi әlaqәlәr mәsәlәsi ilә kәsişir. Ay-
dındır ki, sonuncular tamamilә hesabdan silinә bilmәz. Faktiki
olaraq, insan cәmiyyәtinin tarixinә mütlәq mәnada ayrı-ayrı sa-

9
   4   5   6   7   8   9   10   11   12   13   14