Page 10 - jirmunski
P. 10
tor Jirmunski

hәlәr üzrә birbaşa vә dolayısı ilә qarşılıqlı tәsir vә qarşılıqlı әla-
qәsiz, tәcrid olunmuş mәdәni (demәli, hәm dә әdәbi) inkişaf hal-
ları mәlum deyil. Bununla bağlı K.Marks deyir: “Hәr bir millәt
başqalarından öyrәnә bilәr vә öyrәnmәlidir”2. Belә öyrәnmә
halları tәkcә elm vә texnika sahәsindә deyil, siyasi praktika vә
ideologiya sahәsindә dә müşahidә olunur. Ayrıca olaraq, әdәbiy-
yat sahәsindә bu mәsәlә bizim qarşımızda “beynәlxalq әdәbi tә-
sirlәr” adlandırılan problem kimi dayanır.

Eyni zamanda әdәbiyyatlar arasında beynәlxalq qarşılıqlı әla-
qәlәrin çoxluğu faktı heç dә yuxarıda qeyd olunan әdәbi inkişa-
fın paralelliyi vә tipoloji analogiyaları problemini aradan qaldır-
mır, әksinә, әdәbi inkişafın mәhz analoji tәmayüllәri әdәbi inki-
şafın qarşılıqlı әlaqәlәrinin, principcә “tәsiri”nә vә “alınması”na
imkan yaradır. İstәnilәn әhәmiyyәtli tarixi “tәsir” tәsadüfi, kә-
nardan mexaniki tәkan, yazıçı vә ya yazıçılar qrupunun fәrdi
tәrcümeyi-halının empirik faktı, yeni kitabla tanışlıq vә ya dәbdә
olan әdәbi nümunә vә cәrәyanlara aludәçilikdәn yaranmadığı ki-
mi, şifahi xalq yaradıcılığı sahәsindә dә nәğmә vә ya nağılın,
“gәzәri süjet”in götürülmәsi heç vaxt psixologiyanın, ideologi-
yanın vә onu mәnimsәyәn mühitin bәdii zövqünün etinasız ya-
naşdığı adi tәsadüf deyil. İdeologiyanın digәr növlәri kimi, әdә-
biyyat da hәr şeydәn öncә, müәyyәn ictimai gerçәkliyin әks
olunması, idrakı vә onun yenidәn qurulmasında istifadә edilәn
alәt kimi sosial praktikanın әsasında yaranır. Ona görә dә kәnar-
dan tәsirin özünün mümkünlüyü, müәyyәn tarixi gerçәklikdәn
yaranan ictimai ideologiya kimi hәmin cәmiyyәtin vә әdәbiyya-
tın inkişafının daxili qanunauyğunluqları ilә şәrtlәnir. İstәnilәn
tәsir tarixi nöqteyi-nәzәrdәn qanunauyğundur vә sosial baxım-
dan şәrtlәnir. Bu tәsirin mümkün olması üçün kәnardan bu kimi
ideoloji “idxal”a ictimai tәlәbatın yaranması, bu vә ya digәr dә-
rәcәdә formalaşmış analoji tәmayüllәrin (ideya vә hisslәr, mövzu
vә obrazlar) hәmin ölkәdә, hәmin ictimai sinfin ideoloqlarının
tәfәkküründә artıq mövcud olması lazımdır.

Belә hallarda A.N.Veselovski ictimai fikrin analoji inkişafın-
dan irәli gәlәn “qarşılıqlı cәrәyanlar”dan bәhs edirdi. “Alınma, –
A.N.Veselovskinin haqlı olaraq qeyd etdiyi kimi, – mәnimsәyәn
tәrәfdәki boş yerә deyil, qarşılıqlı cәrәyanların, tәfәkkürün oxşar

10
   5   6   7   8   9   10   11   12   13   14   15