Page 5 - jirmunski
P. 5
Dünya xalqlarının qәhrәmanlıq eposu
Viktor Jirmunskidәn vә onun “Xalq qәhrәmanlıq eposu” әsә-
rindәn qısaca danışmaq istәsәk, hәr şeydәn qabaq, bu görkәmli
alimin müqayisәli әdәbiyyatşünaslıq sahәsindәki xidmәtini xa-
tırlatmalıyıq. Qeyd etmәliyik ki, V.Jirmunski dünya әdәbiyyatını
vahid әdәbi proses müstәvisindә araşdıran, dünya xalqlarının
folklorunda ortaq cәhәtlәrin olmasını qarşılıqlı tәsirdәn daha çox
sosial-etnoqrafik mühitin, hәyat vә düşüncә tәrzinin oxşarlığında
axtaran alimlәrdәndir. O alimlәrdәn ki Qәrblә Şәrqin tam fәrqli
mәdәni mәkanlar olması qәnaәtini qәbul etmәk istәmir.
V.Jirmunski bir vaxtlar şair Kiplinqin dediyi:
Bәli, Qәrb Qәrbdir, Şәrq dә Şәrq,
Vә onlar heç zaman qovuşan deyil
– sözlәrini yanlış bir fikrin ifadәsi sayır, bu fikrin yanlışlığı-
nı Şәrq vә Qәrb qәhrәmanlıq eposlarının timsalında bir daha
sübuta yetirmәyә çalışır. Şәrq–Qәrb oxşarlığı vә ortaqlığını әsas-
landırmaqda V.Jirmunskinin üz tutduğu mühüm faktlar sırasında
beynәlxalq obraz, motiv vә süjetlәr xüsusi yer tutur. Mәğlubedil-
mәz qәhrәman, sehrli at vә sehrli qılıncla bağlı epos motivlәrinin
hind-Avropa mәnşәli olmasına dair mülahizәlәri birtәrәfli müla-
hizә kimi qiymәtlәndirәn alim diqqәti Şәrq folkloruna, xüsusәn
dә türk vә monqol eposlarına yönәldir vә qeyd etdiyimiz motiv-
lәrin bu xalqlara mәxsus dastanlarda daha әhatәli şәkildә әks
olunmasını sәciyyәvi misallarla ortaya qoyur. Bu, hәmin “әhatә-
lilik” mәsәlәsidir ki, vaxtilә yunan Polifemi ilә oğuz Tәpәgö-
zünü müqayisә edәrkәn alman şәrqşünası Fridrix fon Ditsin dә
diqqәtini cәlb etmişdi. Yunan hekayәtindәn fәrqli olaraq, oğuz
hekayәtindә qeyri-adi varlığın doğulandan ölәnәqәdәrki hәyatı-
nın әhatәli tәsvir edilmәsinә әsaslanan Fridrix fon Dits Tәpәgö-
5