Page 6 - jirmunski
P. 6
Polifemdәn daha ilkin obraz saymışdı. Fridrix fon Dits kimi,
Viktor Jirmunski dә “Dәdә Qorqud”dan vә bütövlükdә türk epo-
sundan ehtiramla danışır. Әn başlıcası isә odur ki, V.Jirmunski
dünya eposunun arxaik qatlarını dәrindәn vә hәrtәrәfli öyrәn-
mәkdә türk nağıl vә dastanlarının mühüm әhәmiyyәt daşımasını
xüsusi olaraq vurğulayır. Qәrb eposunu Şәrq eposu ilә qarşılıqlı
әlaqәdә araşdırmaq V.Jirmunskinin ümumilәşdirmәlәr aparıb
mühüm qәnaәtlәrә gәlmәk imkanını xeyli dәrәcәdә artırır. Ali-
min Şәrq vә Qәrb eposları ilә bağlı müşahidә vә mülahizәlәri bu-
günün özündә dastan qәhrәmanları әtrafında gedәn mübahisәlә-
rin sağlam mәcraya yönәlmәsinә öz tәsirini göstәrir. Bu gün biz-
dә müzakirә vә mübahisә hәdәfinә çevrilәn dastan qәhrәmanla-
rından biri Koroğludur. Koroğluda triksterlik (yeri gәldikcә hiy-
lәyә әlatma) әlamәtlәri, Koroğlunun yarıciddi-yarızarafat “igidlik
ondur, doqquzu qaçmaq, biri dә gözә görünmәmәk” demәsi, ay-
rı-ayrı vilayәtlәrdәn hökmdar qızlarını götürüb aparması bir çox
hallarda düzgün anlaşılmır. Bu anlaşılmazlığın başlıca sәbәbi
epos qayda-qanununu lazımınca nәzәrә almamaqda, Koroğluya
uzaq keçmişin yox, bugünün gözü ilә baxmaqda, Koroğlunu
bugünkü milli qәhrәman ölçü-biçisindә görmәkdәdir. Ağıl işlә-
dib düşmәnә kәlәk gәlmәyin arxaik düşüncәdә güc-qüvvәt işarә-
si olması barәdә az-çox söhbәt açıldığına görә qızqaçırma mәsә-
lәsinә ötәri toxunmaqla kifayәtlәnәcәm. Әvvәla, xatırladım ki,
Qәrbi Avropa vә cәnubi slavyan eposundan qızqaçırma motivini
әks etdirәn vә V.Jirmunskinin dә diqqәtini cәlb edәn neçә-neçә
epizoda әsaslanıb, bu motivin yalnız Şәrq yox, hәm dә Qәrb
üçün sәciyyәvi olmasını qәbul etmәk lazımdır. Qәhrәmanlıq epo-
sunda tez-tez qarşılaşdığımız qızqaçırma motivinin arxaik ma-
hiyyәtinә varmaq üçünsә hәmin motivin nağıllardakı semantika-
sını nәzәrә almaq kifayәtdir. Nağıllarda gözәllәri qaçırıb әsir-
yesir edәn divlәr, әjdahalardır. Hәm div, hәm dә әjdaha ölümün
rәmzidir. Divin vә әjdahanın gözәli qaçırması ölümün gözәli
götürüb aparması mәnasındadır. Amma belә mәnalandırmaya
әsaslanıb epos qәhrәmanını da ölüm rәmzi saysaq, әlbәttә, sәh-
vә yol vermiş olarıq. Heç şübhәsiz, epos qәhrәmanı ölümә qarşı
6