Page 12 - jirmunski
P. 12
tor Jirmunski
birindәn fәrqlәndirir. “Bәsit motivlәr… öz-özünә törәyә bilәrdi-
lәr, motivlәr silsilәsi olan süjetlәr isә bir-biriylә oxşar olduqları
tәqdirdә, bu vә ya digәr tәrәfdәn alınma mәsәlәsini doğurur”.
“Motivlәrin kombinasiyası nә qәdәr mürәkkәb, mәntiqsiz vә tәr-
kib motivlәrinin sayı nә qәdәr çox olsa, mәsәlәn, iki oxşar, am-
ma müxtәlif mәnşәli nağılın bir-birinә bәnzәmәsi zamanı onların
eyni tәsәvvür vә mәişәt әsasları zәminindә psixoloji özünüdo-
ğurma yolu ilә meydana gәldiyini tәxmin etmәk bir o qәdәr çәtin
olar. Belә hallarda, hansısa tarixi zaman kәsiyindә, süjetin bir
xalqdan digәrinә keçmәsi mәsәlәsi ortaya çıxa bilәr”.6 Veselov-
ski qeyd edir ki, folklorşünas Cekobsun hesablamalarına görә,
bir süjetdә on iki müstәqil elementin özünә yer alması zamanı,
motivlәrin eyni kombinasiyasının tәsadüfi tәkrarlanma ehtimalı
1:479 000 000 nisbәtindәdir.7
Veselovskinin irәli sürdüyü belә dәqiq fәrqlәndirmә müәy-
yәn hallarda tәdqiqatçı üçün meyar rolunu oynaya bilәr. Lakin
burada xeyli tәshihlәr edilmәlidir. Cekobsun hesablamaları belә
bir tәxminә әsaslanır; süjet “müstәqil”, yәni bir-birindәn asılı ol-
mayan motivlәrdәn ibarәtdir vә ehtimal nәzәriyyәsi onların
mәhz tәsadüfi xarakter daşıması sәbәbindәn bu kombinasiyaya
da şamil oluna bilәr. Veselovskinin özü, hәr şeydәn öncә, şübhәli
nağılları nәzәrdә tutur. Belә ki, burada qәhrәmanın macәraları
bәzәn heç bir daxili zәrurәtә vә mütlәq ardıcıllığa ehtiyac olma-
dan tәhkiyә xәttinә pәrçimlәnә bilir. Bununla belә, bir qayda ola-
raq, süjetin inkişafı vә onun içәrisindәki motivlәrin ardıcıllığı
daxili mәntiqә әsaslanır. Bu mәntiq qanunauyğunluqları vә ob-
yektiv gerçәkliyin әlaqәlәrini, eyni zamanda bu gerçәkliyi әks
etdirәn insan şüurunun tarixi özәlliklәrini üzә çıxarır. Belә hal-
larda, müәyyәn ilkin situasiyalarda insan cәmiyyәtinin konkret
şәraitindә süjetin sonrakı hәrәkәti mәlum dәrәcәdә mәişәtin, ic-
timai hәyatın, insanların psixologiyası vә dünyagörüşünün xüsu-
siyyәtlәriylә şәrtlәnir.
Bura tarixi-tipoloji analogiyalar (elәcә dә әdәbi tәsirlәr) sa-
hәsinin, ümumiyyәtlә, tәhkiyә motivlәri vә süjetlәri ilә mәhdud-
laşmasını da әlavә etmәk lazımdır. Bu mәsәlә ideologiyanın, ob-
razlılığın, janr kompozisiyasının, әdәbiyyat vә folklor nümunә-
lәrinin bәdii üslublarının bütün tәrәflәrini әhatә edir.
12