Page 16 - jirmunski
P. 16
tor Jirmunski
aşiqidir. Özünün ideallaşmış formasında o, savaş vә qәhrәmanlıq
dövrü insanının davranış normasını tәcәssüm edir.
Möcüzәvi olan, hәr şeydәn öncә, qәhrәmanın doğulması haq-
qında nağıldır. Sehrli mayalanma vә gәlәcәk qәhrәmanın doğu-
luşu haqqında әfsanәlәr epos, mif vә nağılda eyni dәrәcәdә geniş
yayılıb. Qәhrәman anasının sehrli almanı dadmasından, çiçәyi
qoxulamasından, ananın çimdiyi (“Sasunlu David”dәki Sanasar
vә Bağdasar әkizlәri) vә ya içdiyi (kelt eposundakı Konhobar vә
Kuhulin) möcüzәvi bulağın suyundan, günәş işığından, yağışdan
vә ya külәkdәn (Vyaynyamyoynen) vә s. doğulur. Etnoqrafların
qeyd etdiyi kimi, belә әfsanәlәrin yaranması matriarxal dövrünә
dayanan partenoqenez (yәni “bakirә halında mayalanma”) tә-
sәvvürlәri ilә bağlıdır.17 Mәhz buna görә onlar çox geniş yayılıb:
Veselovskinin qәnaәtinә görә, bu, “motivlәr”in “öz-özünә yaran-
ma” yolu ilә әrsәyә gәldiyi tipik haldır. Epik qәhrәman obrazının
ideallaşmasına cәhd edәn xalq tәxәyyülü bu mәqsәdlә әnәnәvi
möcüzәli doğulma nağıl motivindәn hәvәslә istifadә edirdi.
Şәrq xalqlarının epos vә nağıllarında belә süjet formulu ge-
niş yayılıb: qәhrәman öz sonsuzluğundan utanan vә tәnәlәrә mә-
ruz qalan övladsız yaşlı valideynlәrin törәmәsidir. Müxtәlif va-
riantlarda bu formula özbәklәrin “Alpamış” dastanında (elәcә dә
bu süjetin daha ilkin variantı kimi XV–XVI әsrlәr oğuz epik sil-
silәsi “Kitabi-Dәdә Qorqud”un tәrkibindәki “Bamsı Beyrәk” bo-
yunda), “Edigey”in bәzi nәşrlәrindә, “Koblandı-batır”, “Şora-
batır”, “Yer-Sain” kimi qazax dastanlarında, qırğızların “Manas”
eposunda, “Tahir vә Zöhrә” epik novellasında vә bir çox digәr
dastanlarda da rast gәlinir. Bunun çox qәdim köklәrә dayandığı-
nı Misir nağılları da sübut edir.18 Çox güman ki, Orta Asiya xalq-
larının folkloruna sonradan nüfuz etmiş İslam motivlәri çox qә-
dim köklәri olan süjet vә motivlәrin üzәrinә gәlib: tipoloji cәhәt-
dәn daha qәdim olan türk vә monqol bahadırlıq nağıllarının tәh-
lili göstәrir ki, övladı olmayan ananın dualarla üz tutduğu Tanrı
vә ya müqәddәs varlıq, ilkin variantda, möcüzәli övladın әsl ata-
sı hesab edilәn bir tayfa totemi kimi başa düşülmәlidir.19
Sonrakı dövrlәrdә qәhrәmanın möcüzәli doğuluşu ilә bağlı
qәdim motiv, heç olmasa, mәişәt sәviyyәsindә patriarxal tәsәv-
16