Page 20 - jirmunski
P. 20
tor Jirmunski
qa”sında vә “Zeyfrid haqqında nәğmә” adlı alman eposunda):
burada dәmirçinin şagirdi olan azyaşlı Ziqfridin öz yoldaşlarını
vә müәllimini döymәsindәn söhbәt gedir.
Bahadır özünün ilk şücaәtini olduqca gәnc yaşlarında göstә-
rir. Gәnc Ziqfrid әjdahanı öldürür, gәnc Rüstәm qudurmuş fili,
on beş yaşlı Mqer (“Sasunlu David”dә) әllәriylә şiri parçalayır,
Bizans eposunda on iki yaşlı Diqenis Akrit yumruq zәrbәsiylә
ayını öldürür, әllәriylә maralı tutub iki yerә parçalayır vә qılınc-
la dişi şirin başını üzür. Yeddi yaşlı Alpamış öz babasının on
dörd batmanlıq bahadır yayından atdığı oxla Әsgәr dağının zir-
vәsini dağıdır. Manas isә doqquz yaşında (digәr versiyada altı
yaşında) atasının naxırını әlә keçirәn kalmık zülmkarlarını mәhv
edir vә qırğız xalqını kalmık әsarәtindәn xilas edir.
Fransız eposu öz paladinlәrinin (Böyük Karl, Roland, Viv-
yen, Narbonlu Emeri vә başqaları) igidliklәrlә dolu uşaqlığını vә
ilk qәhrәmanlıqlarını xüsusi şövqlә tәsvir edir. Böyüklәrin hәlә
çox gәnc hesab etdiyi qәhrәman döyüşә atılır, böyüklәrә xas ol-
mayan igidliklәr göstәrir. Bәzәn o, Vivyenin Aliskan döyüşündә,
elәcә dә Bernli Ditrix haqqında alman dastanlarında Hildebran-
dın qardaşı oğlu Alpxart vә ya yenә orada, Etselin-Attilanın gәnc
oğulları kimi faciәvi şәkildә hәlak olur. Әksәr hallarda isә o, Sa-
rasin әmiri Brüyanla döyüşdә gәnc Karl vә ya Aspremont
döyüşündә Karlın qoşununu xilas edәn gәnc Roland kimi döyüşdәn
qalib çıxır.
Rus bılinalarında Saul Leanidoviçin oğlu Konstantinuşkanın
(Kirşa Danilov, № 26 vә b.) vә yaxud öz dayısı knyaz Vladimirin
qadağasına baxmayaraq, tatarlarla döyüşә yollanmağa tәlәsәn
gәnc Yermak Timofeyeviçin belә qәhrәmanlıq coşqusunu xatır-
latmaq yerinә düşәrdi. Müq.et: Qilferdinq, II, № 2:
Paytaxt kiyevli dayım, knyaz Vladimir!
Sәn qoysan da, döyüşә çıxacağam,
Qoymasan da, döyüşә çıxacağam!
Roland vә Narbonnlu Emeri ilk qoçaqlıqlarını özlәri kimi
yeniyetmә yaşıdlarından ibarәt böyük bir dәstәyә başçılıq edә-
20