Page 23 - jirmunski
P. 23
Xalq qəhrəmanlıq eposu

şişuclu qara polad qılıncı sağ әlinә götürdü, Alıp-Manaşın boy-
nuna endirdi. Qara qılınc on yerә parçalandı. Bahadır Alıp-
Manaş qımıldanmadı, yatmağa davam etdi. Bütün xan ordusu,
igidlәr, pәhlәvanlar hәr biri bir zәrbә vurdular, onların da qılınc-
ları sındı. Nizә ilә vurdular, nizәlәri әyildi”.41

Alpamışın mәğlubedilmәzliyi formulunun qәdimliyini qırğız
epopeyasında Manas haqqında söylәnәnlәrlә eyni olması da tәs-
diq edir. “Onu yandırmaq istәsәn – od götürmәz, yaralamaq istә-
sәn – balta korşalar, oxla vurmaq istәsәn – ox batmaz, topdan
atәş açsan – mәrmi deşib keçmәz”.42

Bu formul hәlә XV-XVI әsrlәrdә oğuz epik silsilәsi olan
“Kitabi-Dәdә Qorqud”dakı oğuz siklopu olan Tәpәgöz haqqın-
dakı hissәdә dә qeydә alınmışdır: “Onun üstünә bir neçә adam
göndәrdilәr; onlar ox atdılar, ox keçmәz oldu; qılıncla vurdular,
qılınc kәsmәz oldu, nizә batırdılar, nizә batmaz oldu”.43

Qazax bahadırlıq nağıllarında da bu formulun bir çox hallar-
da işlәndiyinә rast gәlmәk olar. Görünür, bunun әsasında qәdim
genetik birlik dayanır.

Hind-Avropa xalqları eposunda Axilles, Ziqfrid, İsfәndiyar
(Firdovsinin “Şahnamә”si) da mәğlubedilmәzlik xüsusiyyәtinә
malikdirlәr. Ancaq adıçәkilәn qәhrәmanların hәr birinin zәif yeri
var: Ziqfriddә bu, kürәyin ortası, Axillesdә dabanı, İsfәndiyarda
tәk olan gözüdür. Onlar mәhz bu zәif yerlәrindәn xәsarәt alaraq
hәlak olurlar.

Qәrbdә olduğu qәdәr Şәrqdә dә mәşhur olan tәkgöz nәhәng
adamyeyәn (“Odisseya”da Polifem siklopu) İsfәndiyar kimi ye-
ganә gözündәn aldığı zәrbә ilә mәğlub olmalıdır, çünki bu, onun
yeganә zәif yeridir. Müvafiq olaraq oğuz siklopu Tәpәgöz haq-
qında belә deyilir: “Gözündәn başqa, onun heç yerindә әt yox-
dur”.44

Şimali Qafqaz xalqlarının (osetin, kabardin, abxaz vә b.) nart
eposundakı bahadır Sosruko da belә “şәrti zәif yeri olan” qәhrә-
manlara aid edilir. Onun bәdәnini ilahi dәmirçi Tlepş (vә ya De-
veş) odda bәrkitmişdi (Axillesin bәdәni kimi); tәkcә onun dizlәri –
Tlepşin kәlbәtinlә tutduğu (Axillesin anası nimfa Fetidanın öz
körpәsinin dabanından yapışdığı kimi) yer yumşaq qalmışdı. Di-

23
   18   19   20   21   22   23   24   25   26   27   28